Ceyms Naçvey

Ceyms Naçvey
ing. James Nachtwey
Doğum tarixi
Doğum yeri ABŞ
Təhsili
Fəaliyyəti müharibə fotoqrafı, fotoqraf, fotojurnalist, jurnalist
jamesnachtwey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Naxtvey (ing. James Nachtwey; d. 14 mart, 1948, ABŞ) — ABŞ fotojurnalisti və hərbi fotoqrafı.

Həyatı

Ceyms Naçvey 14 mart 1948-ci ildə ABŞ-də anadan olub. İş həyatına 1976-cı ildə "Albuquerque" qəzetində fotoqraf kimi başalamış və 1980-ci ildən Nyu-Yorka köçərək karyerasını müstəqil fotoqraf kimi davam etdirib.

Həyatının uzun illərini Salvador, Nikaraqua, Qvatemala, Livan, Qəzzə, İsrail, İndoneziya, Tayland, Əfqanıstan, Somali, Sudan, Ruanda, Çeçenistan, Bosniya və Kososva kimi kritik nöqtələrdə baş verən konfliktləri və müharibələri dünyaya göstərmək üçün çalışan fotoqraf bir neçə dəfə qaynar bölgələrdə xəsarət də alıb.

Haqqında

2001-ci ildə İsveçrəli kinorejissor Kristian Frey (ing. Christian Frei) fotoqraf Ceyms Naxtvey haqqında "Müharibə fotoqrafı" (ing. War photographer) adlı sənədli film çəkib. Film bir dəfə "Oskar" mükafatına namizəd göstərilib və altı dəfə başqa nüfuzlu mükafatlara layiq görülüb.

İstinadlar

  1. "James Nachtwey biography". A+E Television Networks, LLC. 10 June 2011 tarixində biography.com orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 23 April 2013.

Ədəbiyyat