Cənubi Buq

Cənubi Buq
ukr. Південний Буг
Cənubi Buq çayı ətrafında günəş batması
Cənubi Buq çayı ətrafında günəş batması
Ölkə
Regionlar
Mənsəbi Qara dəniz
Uzunluğu 806 km
Su sərfi 160 m³/s
Su hövzəsi 63,700
Hövzəsinin sahəsi 63.700 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi BuqUkraynanın cənub qərbində çay.

Sahəsi

Uzunluğu 806 km, hövzəsinin sahəsi 63,7 min km2.

Coğrafiyası

Varvarovski körpüsü

Podol yüksəkliyi və Qaradənizyanı ovalıqla axır. Qara dənizin Dnepr limanına tökülür. Yuxarı axını bataqlıqlaşmış ərazidən keçir; orta axınında astanalar var. Əsas qolları: sağdan Kolıma, Savranka; soldan Sinyuxa, İnqul. Qarışıq mənbədən qidalanır. Ortaillik su sərfi Aleksandrovka kəndi yaxınlığında 87,6 m³/san. Noyabrdan fevraladək donmuş olur. Fevralın sonu mayın əvvəlinə qədər gursuludur. Cənubi Buq hövzəsində ümumi sah. 268 km² olan 4 min göl və su anbarları var. Mənsəbindən Vinnıtsia şəhərinədək gəmiçiliyə yararlıdır. Balıq (suf, durnabalığı, xulbalıq, çömçə balığı) ovlanır. Suvarmada istifadə olunur. SES-lər var. Xmel nitski, Xmilnık, Vinnıtsia, Hayvoron, Pervomaysk, Voznesensk, Mikolayiv şəhərləri Cənubi Buq sahilindədir.

Qalereya

Həmçinin bax

İstinadlar

  1. Каталог річок України (ukr.). Київ: 1957. S. 55. 192 s. 3000 nüs.
  2. 1 2 3 Cənubi Buq// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 317. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər