Denis Ritçi | |
---|---|
Dennis Ritchie | |
| |
Doğum adı | Dennis MacAlistair Ritchie |
Doğum tarixi | |
Doğum yeri | Bronksvill, Nyu York, ABŞ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat səbəbi | prostat xərçəngi |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri | kompüter elmləri, informatika |
İş yeri | Bell Labs |
Alma-mater | Harvard Universiteti |
Təhsili | |
Tanınır |
Unix C ALTRAN B BCPL Multics |
Mükafatları |
Turing mükafatı(1983) Yaponiya mükafatı(2011) |
cs.bell-labs.co/who/dmr/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941 – 12 oktyabr 2011) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır.
Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.