Eros Ramazzotti

Eros Ramazzotti
it. Eros Ramazzotti
Ümumi məlumatlar
Doğum adı Eros Luciano Walter Ramazzotti
Doğum tarixi 28 oktyabr 1963(1963-10-28) (60 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 3
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, müğənni, bəstəkar, musiqi prodüseri
Fəaliyyət illəri 1980-ci ildən
Janrlar pop musiqisi, pop-rok
Musiqi alətləri gitara
Səs tembri tenor
Albom şirkətləri Arista Records, BMG
Mükafatları "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin komandor dərəcəsi
ramazzotti.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar. İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub. Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur. 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb.

Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır. Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır.

Həyatı

Uşaqlığı və gənclik illəri

Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada, inşaatçı Rodolfo Ramazzotti və evdar Rafaella Molinanın ailəsində anadan olub. Romaya atası Rodolfo Ramazotti Latsiodakı Vitebro əyalətindən, anası isə Kalabriyadakı Valentia əyalətindən gəliblər. Ailə oğullarına Qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı olan Erosun adını verir. Rodolfo maddi cəhətdən imkanlı olmasa da oğluna gitara alır və Erosa alınan həmin gitara onun gələcək taleyinin həll edir. Eros, 6 yaşından etibarən gitarada çalmağa başlayır. Gəncliyində həvəskar musiqiçi olan və piano ifa etməyi bacaran atasının köməyi ilə ik mahnısını yazır. Eros musiqi konservatoriyasına daxil olmağı planlaşdırsa da imtahanlarda uğursuz olur və konservatoriyaya daxil ola bilmir. O bu hadisədən sonra mühasibatlıq kurslarına yazılır və məktəbdən ayrılır. Tezliklə bu sahənin ona aid olmadığını vaxtında başa düşür və musiqi yolu ilə davam edir. Musiqiçi olmağı düşünərkən həm də bəzi filmlərdə epizodik rollara dəvət alır.

1981-ci ildə Ramazzotti, Voci Nuove di Castrocaro adlı musiqi yarışmasında, yazdığı "Rock 80" mahnısı ilə, çıxış edib. Bu yarışmanı Zukkero və Fiordaliso qazansa da, Ramazzotti finala qədər yüksəldi və Roberto Galanti və Baron Lando Lannidən 2 səs aldı. Roberto Galanti və Baron Lando Lanni yarışmada Italian Label DDD şirkətini təmsil edirdilər və yarışmanın sonunda Italian Label DDD Ramazzottiyə ilk müqaviləni təklif etdilər. Ramazzotti bu təklifi qəbul etdi və qardaşı Marko və anası Rafaella ilə Milan şəhərinə köçdü. İlk günlərdə Ramazzotti ailəsi ilə birlikdə Italian Label DDD şirkətinin binasında yaşayırdı.

1984-cü San-Remo festivalında "Terra promessa" mahnısı ilə çıxış edir. Debüt uğurlu olur.

Azərbaycan səfəri

28 aprel 2016-cı ildə "Baku Crystal Hall"da konsert proqramı ilə çıxış edib.

İstinadlar

  1. Eros Ramazotti // Brockhauz Ensiklopediyası (alm.).
  2. "Eros Ramazzotti: The Face of Italian Pop Music" (italyan). lagazzettaitaliana.com. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  3. 1 2 3 4 5 6 "Biography: Eros Ramazzotti on Sony Music Germany" (German). Sony Music Germany. 30 dekabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2012.
  4. "Biography: Eros Ramazzotti on Who's Who" (alman). Who's Who.de. 2014-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-26.
  5. "Repubblica 60 milioni di dischi" (Italian). Repubblica Italy. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  6. "Eros Ramazzotti's biography on Britannica". Encyclopædia Britannica. 2012-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  7. Lider TV. "Eros Ramazotti Bakı səhnəsində" (az.). Youtube.com. 28.04.2016. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.

Mənbə

Xarici keçidlər