Eötvöş Lorand Universiteti (ing.Eötvös Loránd University, mac.Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir
1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır. İlk iki fakültələr bunlar olur: Humanitar elmlər və Teologiya fakültəsi.
1667 - Hüquq fakültəsinin əsası qoyuldu
1769 - Tibb fakültəsinin əsası qoyuldu
1777 - Universitet Budaya köçdü
1784 - Alman dili Latın dilini kölgədə qoyaraq əsas təhsil dilinə çevrilir
1872 - Avropada ilk Müəllim Hazırlıq Məktəbinin əsası qoyuldu. İndiki adı ELTE Trefort Agoston Müəllimlik hazırlıq məktəbi.
1900 - Dünyada ilk Xüsusi Təhsil Müəllim Hazırlıq kursunun əsası qoyuldu. İndiki adı Barçı Qustav adına Xüsusi təhsil fakültəsi.
1905 - ELTE məzunu Fülöp Lenard (Fülöp Lénárd) fizika üzrə Nobel mükafatına layiq görüldü
1937 - ELTE məzunu Albert Sent-Dyordi (Albert Szent-Györgyi) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü
1943 - ELTE məzunu Dyordi Heveşi (György Hevesy) kimya üzrə Nobel mükafatına layiq görüldü
1949 - Təbii elmlər fakültəsi, Humanitar elmlər fakültəsindən ayrıldı
1950 - Universitetə dünyaca məşhur alim fizik Lorand Eötvöşün adı verildi. Teologiya fakültəsi müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı
1951 - Tibb fakültəsi (indiki Şemelveys (Semmelweis) Universiteti) müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı
1961 - ELTE məzunu Dyordi Bekeşi (György Békésy) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü
1994 - ELTE məzunu Yanoş Harşani (János Harsányi) iqtisadi elmlər üzrə Nobel mükafatına layiq görüldü
2010 - ELTE, "tədqiqat universiteti" adını qazandı
2012 - ELTE, Beynəlxalq əməkdaşlığa görə Keyfiyyət mükafatına layiq görüldü
Fakültələr
Hüquq və Siyasi elmlər fakültəsi
Bakalavr
Politologiya
Əmək və Sosiyal sığorta idarəetməsi
Hüquqi idarəetmə
Master
Kriminologiya
Maliyyə hüququ meneceri
İnformatika və kommunikasiya hüququ (Kommunikasiya hüququ, Mediyaşunaslıq və İnformasiya cəmiyyəti)
Politologiya
Doktorantura PhD məktəbləri
PHD Hüquq məktəbi
PHD Siyasi elmlər məktəbi
Barçı Qustav adına Xüsusi təhsil fakültəsi
Bakalavr
Xüsusi ehtiyyaclar üşün müəllimlik
Master
Xüsusi ehtiyyaclar üşün müəllimlik
Humanitar elmlər fakültəsi
Bakalavr
İngilis və amerkinaşünaslıq
Almanşünaslıq
Şərq dilləri və mədəniyyəti
Kommunikasiya və mediyaşünaslıq
Macarşünaslıq
Etnoqrafiya
Qədim dillər və mədəniyyət
Romanşünaslıq
Liberal incəsənət
Slavyanşünaslıq
Tarix
Master
Estetika
Amerikaşünaslıq
Qədim Yunanıstan
Ərəbşünaslıq
Arxeologiya
Arxivşunaslıq
Assirologiya
Bolqar dili və ədəbiyyatı
Çinşunaslıq
Kommunikasiya və mediyaşünaslıq
Xorvat dili və ədəbiyyatı
Holland dili və ədəbiyyatı
Misirşünaslıq
İngilis dili və ədəbiyyatı
Etika
Avropa etnologiyası və folkloşünaslıq
Filmşünaslıq
Fin-uyqurşünaslıq
Fransız dili və mədəniyyəti
Azlıq Alman dili və ədəbiyyatı
Alman dili və ədəbiyyatı
İvritşünaslıq
Tarixi muzeyologiya
Tarix
İncəsənət tarixi
Macar dili və ədəbiyyatı
Hind-almanşünaslıq
Hindologiya
İranşünaslıq
İtalyan dili və mədəniyyəti
Yaponşünaslıq
Latın
Linqvistika
Ədəbi tənqid/Kulturologiya
Orta əsr mədəniyyətləri
Monqolşünaslıq
Fəlsəfə
Polyak dili və ədəbiyyatı
Portuqal dili və mədəniyyəti
Rumın dili və mədəniyyəti
Rus dili və ədəbiyyatı
Skandinavşünaslıq
Dinşünaslıq
Serb dili və ədəbiyyatı
Slovak dili və ədəbiyyatı
Sloven dili və ədəbiyyatı
İspan dili və mədəniyyəti
Tibetşünaslıq
Tərcümə və şifahi tərcümə
Tükrşünaslıq
Ukrayna dili və ədəbiyyatı
Master Müəllimlik kursları
Bolqar və Etnik bolqar dili və mədəniyyəti müəllimliyi
Çin dili və mədəniyyəti
Kinomatoqrafiya və Mediya
Kommunikasiya
Xorvat və Etnik xorvat dili və mədəniyyəti
İngilis dili və mədəniyyəti
Estetika
Etika
Fransız dili və mədəniyyəti
Alman və Etnik alman dili və mədəniyyəti
Yunan və Etnik yunan dili və ədəbiyyatı
Tarix
İncəsənət tarixi
Əcnəbi dil kimi macar dili
Macar dili və ədəbiyyatı
İtalyan dili və mədəniyyəti
Yapon dili və mədəniyyəti
Dil və danışıq inkişafı
Latın dili və mədəniyyəti
Macar mədəniyyəti və sivilizasiya
Musiqi
Fəlsəfə
Polyak dili və mədəniyyəti
Portuqal dili və mədəniyyəti
Rumın dili və mədəniyyəti
Rus dili və mədəniyyəti
Slovak və Etnik slovak dili və mədəniyyəti
Sloven və Etnik sloven dili və mədəniyyəti
İspan dili və mədəniyyəti
Ukrayna və Etnik ukrayna dili və mədəniyyəti
Doktorantura PhD məktəbləri
PhD proqramları üzrə təhsil alan təxminən min tələbə var və dərslər, çox vaxt Macarıstan Elmlər Akademiyasının üzvləri olan yüksək keyfiyyətli akademik, doktor heyəti tərəfindən tədris olunur.
İnformatika fakültəsi
Bakalavr
Kompüter proqramlaşdırması üzrə informatika
Master
Kartoqrafiya
Geoinformatika
Kompüter proqramlaşdırması üzrə informatika
Doktorantura PhD məktəbi
PhD Kompüterşünaslıq məktəbi
PhD Proqramlar məktəbi
İnformasiya sistemləri
Rəqəmsal və simvolik hesablama
İnformatikanın əsasları və metodologiyası
Təhsil və psixologiya fakültəsi
Bakalavr
Androqogika
Pedaqogika
Psixologiya
Əyləncə, həyat tərzi və fitness
Master
Andraqogika
Mədəniyyətlərarası psixologiya və təhsil
Təhsil
Təşkilatı kommunikator
Pedaqogika
Psixologiya
Əyləncə və istirahət
Müəllimlik
Doktorantura PhD məktəbləri
PhD Təhsil məktəbi
PhD Psixologiya məktəbi
Sosial elmlər fakültəsi
Bakalavr proqramları
Tədbiqi iqtisadiyyat
Beynəlxalq münasibətlər
Sosial elmlər
Sosial iş
Sosiologiya
Magistr proqramları
Vətəndaş cəmiyyəti inkişafı elmləri
İqtisadi analiz
Etnik və azlıq elmləri (ingilis dilində)
Səhiyyə siyasəti, planlaşdırma və maliyuələşdirmə (ingilis dilində)
Humanitar ekologiya
Beynəlxalq münasibətlər
Sosiyal siyasət
Sosiyal iş
Sorğu statistikası
Sosiologiya
Mədəni antropologiya
Doktorantura proqramları
Fənlərarası Sosiual tədqiqat
Sosiologiya (ingilis dilində)
Sosiyal siyasət
Orta təhsil və məktəbdən əvvəl məktəb müəllimliyi fakültəsi
Departamentlər
Mahnı və musiqi departamenti
Əcnəbi dil və ədəbiyyat departamenti
Təhsildə informasiya kommunikasiya texnologiyası departamenti
Macar dili və ədəbiyyatı departamenti
Riyaziyyat departamenti
Təhsil departamenti
Təbii elmlər departamenti
Fiziki hazırlıq departamenti
Sosiyal elmlər departamenti
Vizual təhsil departamenti
Təbii elmlər fakültəsi
Bakalavr
Biologiya
Kimya
Yer kürəsi elmləri
Ətraf mühit elmləri
Coğrafiya
Riyaziyyat
Fizika
Master
Tədbiqi riyaziyyat
Astronomiya
Biologiya
Biomolekular kimya
Kimya
Ətraf mühiti biologiyası
Ətraf mühiti inkişafı
Ətraf mühiti elmləri
Etnologiya
Coğrafiya
Geologiya
Geofizika
Elmlər tarixi və fəlsəfəsi
İnsan biologiyası
İmmunologiya
Kimya informatikası
Təbii elm informatikası
Material elmlər
Riyaziyyat
Maliyyə və sığorta riyaziyyatı
Elm mediyaşünaslığı
Meteorologiya
Mineral araşdırmalat
Fizika
Regional və şəhər inkişafı
Doktorantura PhD məktəbləri
PhD Biologiya məktəbi
PhD Kimya məktəbi
PhD Yer kürəsi məktəbi
PhD Ətraf mühiti elmləri məktəbi
PhD Riyaziyyat məktəbi
PhD Fizika məktəbi
Kitabxanası
Təhsil və tədqiqat, universitetin kitabxana şəbəkəsi tərəfindən dəstəklənir. Kitabxanının əsası 1561-ci ildə iezuit əmri ilə qoyuldu. Bu, ölkənin ən qədim kitabxanasıdır və 1876-cı ildə bütün vətəndaşlar üçün açıq oldu Kitabxanada bu kolleksiya yer alıb: 185 kodekslər, 1150 inkunabula və 1711-ci ildən əvvəl nəşr edilən 2600 köhnə macar kitabı, XVI-cı əsrə aid 7000 cildlər, VIII-ci əsrə aid olan ən qədim manuskript Beda fraqmenti - Macarıstan mədəniyyət irsinin hissəsi. Hal-hazırda Universitet Kitabxanasında iki milyona yaxın əlyazmalar, 200 mindən çox jurnallar, 600 onlayn həftəlik qəzetlər var. Kitabxananın databazası 230 min yazılı qeydlərdən, 175 min biblioqrafik qeydlərdən, 225 min dövlət qeydlərindən ibarətdir. Ənənəvi kitabxana xidmətindən əlavə, kitabxana, e-tekstlər arxivi, print olunmuş sənədlərin onlayn kopyaları, elektronik materiallar və CD-ROM materiallarını təmin edir. Kitabxana, "Macarıstan Onlayn Kitabxanaçı" təşkilatının üzvüdür.
Reytinqi
2013-2014 illərində QS World University Rankings-ə görə ELTE 551-600-cü yerlər arasında qərarlaşmışdı.
Academic Ranking of World Universities, ELTE-ni ən yaxşı 301-400 universitet arasında görür
4International Colleges and Universities-ə görə, ELTE dünyada 158-ci yerdədir.
Centre for World université rankings (CWUR) görə, ELTE Macarıstanda 1-ci, dünyada isə 458-ci yerdədir.
Tələbə həyatı
Universitetin Atletik Klubu
Universitetin Atletik Klubunun (BEAC) 1898-ci ildə əsası qoyulub və ilk macar idman klublarından biridir. Dünyaca məşhur alim və dövlət adamı Lorand Eötvöş klubun ilk prezidenti seçilib. BEAC-ın əsas məqsədi, ELTE tələbələrinə və Budapeştin gənclərinə keyfiyyətli, peşəkar idman imkanlarını yaratmaq. BEAC-ın yarandığı gündən, Klubun beş Olimpiya və 400 Macarıstan çempionluq titulları var. BEAC-da bu idman bölmələri var: atletika, badminton, basketbol, şahmat, futbol, həndbol, dağa qalxma, karate, idman orientasiyası,stolüstü tennis, su polosu.
Eötvöş İncəsənət Ansamblı
İncəsənət Ansamblı üç qrupdan ibarətdir :
Bela Bartok adına Universitet xoru
Universitet orkestri
Universitet Xalq rəqsi ansamblı
Ansambblın rəhbəri, Dr. Qabor Baroşdur. O, Ferenç List mükafatı qalibidir, əməkdar artıst adını daşıyır, xor və orkestrin də rəhbəridir. Xorun əsası 1948-ci ildə, orkestrin isə 1957-ci ildə qoyulub. Məqsəd, tələbələri musiqi aləminə cəlb etmək, konsertlər, görüşlər, festivallar, iş yarmarkaları təşkil etməklə beynəlxalq əlqaələr yaratmaq, maliyyə cəhətdən bu tədbirləri dəstəkləmək, milli mədəniyyət və ənənəni Macarıstanda təbliğ etmək
ELTE Avropa Təhsil Mərkəzi (EEC)
ELTE Avropa Təhsil Mərkəzinin (EEC) məqsədi, artıq fəaliyyət göstərən çox tərəfli Avropa Birliyi Treyninq və tədqiqat fəaliyyətini maliyyə və infrastruktur cəhətdən gücləndirmək.
Məşhur məzunları
Nobel mükafatı laureatları
Qeorq fon Bekeşi (Georg von Békésy) - biofizik, psixologiya və tibb üzrə Nobel mükafatçısı (1961)
Albert Sent-Dyord (Albert Szent-Györgyi) - psixologiya və tibb üzrə Nobel mükafatçısı (1937), vitamin C-nin ixtiraçısı
Con Harşani (John Harsanyi) - iqtisadiyyat üzrə Nobel mükafatçısı (1994)
Digər məşhur məzunlar
Albert-Laslo Barabaşı (Albert-László Barabási) - fizik, miqyassız şəbəkələr konseptinin müəllifi, C&C mükafatı laureatı (2008)
Tamaş Frönd (Tamás Freund) - neyroalim, ilk Danimarka Brain 2011 mükafatının üç macar qalibindən biri
Karl Keren (Karl Kerényi) - yunan mifologiyasının müasir araşdırma və tədqiqatlarının əsasını qoyanlardan biri
Rado fon Köveşliqeti (Radó von Kövesligethy) - astro və geofizik (astro-and geo-) physicist, Köveşliqeti spektral tənlikin banisi (1885)
Ferenç Kraus (Ferenc Krausz) - fizik, attofizikanın banisi, Maks Plank Qvantum Optik İnstitutunun direktoru (2003)
Viktor Orban (Viktor Orbán) - Macarıstanın baş naziri, 1998–2002, 2010–hal-hazırda
Mixael Polan (Michael Polanyi) - alim, kimya üzrə Nobel laureatı Con Polaninin atası
Endre Semered (Endre Szemerédi) - Abel mükafatçısı (2012)
Eva Tardoş (Éva Tardos) - Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü
Şandor Vekerle (Sándor Wekerle) - üç dəfə baş nazir seçilən dövlət adamı
Frans Vitman (Franz Wittmann) - Vitman osciloqrafının konstruktoru
Kampus
Universitet binaları
Universitet kampuslarının çox hissəsi, Deak Ferenç meydanının cənubunda yerləşir, Dunay çayının bulvarına yaxın olan ərazisində və çayın hər iki tərəfində.
Universiterin əsas binasında mərkəzi ofislər və rektorun ofisi var, həmçinin burada Hüquq fakültəsi də fəaliyyət göstərir.
Múzeum körút-də yerləşən binada Təbii elmlər fakültəsi yerləşir.
Budadakı Lágymányos kampusu İnformatika fakültəsi, Sosiyal elmlərfakültəsi və Təbii elmlər fakültəsini birləşdirir.
Kazinczy küçəsindəki bina, köhnə yəhudi məhəlləsindədir və Budapeştin sinqoqasına yaxındı. Burada Psixologiya və Pedaqogika fakültəsi fəaliyyət göstərir.
Ecser küçəsində yerləşən bina, şəhərin cənubunda Ferencváros meydanındadır. Burada Qustav Baraçı fakültəsinin proqramları tədris olunur.
Budada János Kiss küçəsindəki bina, Dali dəmiryol vağzalına yaxındır. Burada Orta və məktəbən əvvəl təhsil fakültəsi yerləşir.
Tələbə yataqxanaları
ELTE-nin 28 mindən çox tələbəsi və təxminən 3100 yataqxana yeri var. Yataqxanalar şəhərin müxtəlif yerlərindədir.
Kőrösi Csoma Sándor yataqxanası
Nándorfejérvári küçəsindəki yataqxana
Ajtósi Dürer Sor yataqxanası
Nagytétényi küçəsindəki yataqxana
Yataqxanalar müasir tikililərdir və oradalazım olan hər şey var: internet, stolüstü tennis, yeməkxana, TV zalı, ümumi yerlər, idman zalı və s.
ELTE-nin həmçinin Qonağ Evi də var - Pereginus Oteli. Üç ulduzlu olan bu otel, Budapeştin mərkəzində Vaci küçəsindədir.
Botanika bağı
İlk macar Botanika Bağının əsası 1771-ci ildə qoyulub
Bağ, Jakab Qinterl və Pal Kitabel tərəfində inkişaf olunub və genişlənib. İndiki ərazisinə 150 il əvvəl köçürülüb və 1960-cı ildə milli təbii rezerv adı alıb. Botanika Bağında təxminən 7 minə yaxın bitki növləri var. Dendrarisində 800 ağac və kol növü və 500 gül növü saxlanılır
Geoloji Tata muzeyi
Bu xüsusi geoloji təbii rezerv 3.5 akr sahəsində Kálvária təpəsində Tatada 1953-cü ildən bəri yerləşir. 1991-ci ildən bəri açıq səmalı geoloji muzey kimi də fəaliyyət göstərir . Təbii rezerv geoloji epizodlardan, milyonlarla ilin flora və fauna nümunələrindən ibarətdir, burada həmçinin botanika, mədəniyyət və tarixi nümunələr də var.
Observatoriya
Universitetin Observatoriyasının əsas 1881-ci ildə qoyulub və ən müasir tədqiqat və təhsil bazasına malikdir . Observatriyanın təsisçisi Yeno Qotardın (Jenő Gothard) orijinal işləri və alətləri və XIX əsrdə bu sahədə olan inkişafın və göstəricilərin nümunələri ilə tanış olmaq olar.
Biologiya və paentologiya muzeyi
Muzey Cənubi Budada Təbii elmlər fakültəsinin binasında yerləşir və piramid formasındadır . Macarıstanda unikal hesab edilən bu muzeydə universitetin kolleksiyası, bəşəriyyətin və faunanın müvafiq paleontoloji meteriallarla təkamülünü göstərir
Mineral və qaya kolleksiyası
Kolleksiyanın əsası 1774-cü qoyulub. Bu, universitetin ən qədim elmi artefakt kolleksiyasıdır və Macarıstanda ən böyük bu növ mineral və qaya kolleksiyasıdır . XVIII-ci əsrin sonunda bu, Avropada ən böyük sistemləşdirilmiş təhsil məqsədli kolleksiya idi. Sərgi üçün olan əşyalar 1880-ci illərdə istehsal olunub və onlar qoruma altındadılar. Kolleksiyanın tərkibində 1000 mineral növü və demək olar bütün növ qayalar görmək olar.