Fernando Alonso

Fernando Alonso
isp. Fernando Alonso Díaz
Tam adı Fernando Alonso Díaz
Ləqəbi Nando
Doğum tarixi
Doğum yeri
Ölkə İspaniya İspaniya
Maşın 14
Komanda Aston Martin
Formula 1 karyerası
Yarış sayı 367 (364-də start aldı)
Çempionluq 2 (2005,2006)
Birincilik 32
Cəmi xal 2192
Poul sayı 22
Podium 104
Rekord dərəcə 23
Birinci yarış 2001 Avstraliya Qran Prisi
İlk birincilik 2003 Macarıstan Qran Prisi
Mövqeyi 9-ci (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fernando Alonso (29 iyul 1981, Ovyedo) — İspaniyalı Formula 1 pilotu.

Bioqrafiya

Fernando Alonso 1981-ci il iyulun 29-da İspaniyanın şimalındakı Ovyedo şəhərində anadan olub. Onun atası Xose Luis yaşadıqları Ovyedo şəhəri yaxınlığındakı partlayıcı maddələrin hazırlandığı zavodda mexanik, anası ilə univermağın əməkdaş olub. Fernandonun Lorena adlı özündən böyük bacısı var. Həvəskar kartinq yarışçısı olan atası bu marağının övladlarına da keçməsini istəyir və səkkiz yaşlı Lorena üçün kart düzəldir. Lakin Lorena üç yaşlı Fernandondan fərqli olaraq, buna maraq göstərmir. Fernando aldığı təhsili də avtoidmana görə yarımçıq qoyur.

Fernando 2006-cı ildə Rakel del Rosario ilə ailə qurur. Onlar 2011-ci ildə ayrılırlar. Sonra rus Daşa Kapustina ilə münasibəti olan Fernando ondan da ayrılır və həmerlisi Lara Alvarezlə görünürdü. Hazırda isə Linda Morselli ilə münasibətdədir. Fernando 2006-cı ildən 2010-cu ilə qədər Cenevrədə, daha sonra isə Luqanoda yaşayıb. Böyük məbləğdə vergi ödəməli olan ispan sürücü hazırda Dubayda yaşayır. Fernando yaxşı sürücü olmaqla yanaşı, bir sıra səhv qərarların da sahibidir.Red Bull ona təklif göndərərkən Ferrari-ni seçməsəydi, hazırda bəlkə də ən azı altı titulun sahibi idi…

Sürücülük karyerası

Alonso karyerasına üç yaşından başlayır. Yarışdığı rəqibləri ondan 3–4 yaş böyük olurlar. Yağışlı havalarda yarışmaq üçün yağış təkərləri almaq imkanları olmadığından, sliklərlə sürür. Kartinqdə iştirak edən Fernandonun mexaniki də öz atası olur. Onun karyerasını inkişaf etdirməsi üçün ailənin kifayət qədər maddi imkanı yox idi, lakin Fernandonun uğurları sponsorların diqqətini cəlb edir və onlar da tələb olunan vəsaiti verirlər. O, öz istedadını tezliklə göstərir – 1993-cü ildən etibarən Junior kateqoriyası üzrə ardıcıl dörd il İspaniya Kartinq Çempionatının qalibi olur.1997-ci ildə İspaniyaİtaliyada İnter-A titulunun sahibi olur. Bu uğuru vətənində təkrarladığı növbəti ildə də Avropa Kartinq Çempionatında ikinci olur. Fernando bir neçə seriyada yarışdıqdan sonra 2000-ci ildə Formula 3000-də mübarizə aparır. Seriyada yarışan sürücülərin hamısından yaşda xeyli balaca olan Alonso ilk yeddi yarışda xal qazana bilməsə də, mövsümün sonuna doğru yaxşı nəticələr əldə edir. Son iki yarışda bir qələbə və bir ikincilik qazanaraq çempionatı dördüncü yerdə tamamlayır.

Formula 1

2001

Fernando Alonso Minardi ilə Formula 1-də debüt etdiyi vaxt Formula 1 tarixinin ən gənc üçüncü sürücüsü olur. Komanda Pol Stoddartın başçılığı altında çempionatda debüt edir. PS01 adlı yeni bolid həm zəif, həm də etibarsız olur.Fernando sıralanma turlarında yaxşı nəticələr göstərir. Lakin ilk ilində xal qazanmaq Fernandoya qismət olmur. Həmin ilin sentyabr ayında meneceri Flavio Briatore onu gələn il Renault komandasında yarışdırmaq üçün çalışır.

2002

Fernando 2002-ci ili Renault-nun test sürücüsü kimi keçirməli olur.

2003

Flavio Briatore növbəti mövsüm Censon Battonun əvəzinə Fernandonu yarışdırmaq qərarına gəlir.Flavio Briatore bu qərarına görə Britaniya mətbuatında kəskin tənqidlərə məruz qalsa da, komandanın texniki direktoru Mayk Qaskoyn F1 Racing-ə verdiyi müsahibədə qərarın düzgün olduğunu bildirir. Fernandonun testlərdəki iştirakı və komandaya etdiyi kömək bolidin inkişafında xüsusi rol oynayır.Fernando Malayziya Qran Prisində poul qazanan ən gənc sürücü olur.

Braziliya Qran Prisində 54-cü dövrənin son döngəsində Mark Uebber qəza edir. Fernando sürətini azalda bilmir və Mark Uebberin maşınından çıxan təkərə dəyir, sonra isə maşını divara çırpılaraq yenidən trasa qayıdır. Qırmızı bayraqla dayandırılan yarışa yenidən start verilmir. Yarışın 75%-dən çoxu geridə qaldığından, sürücülərə tam xallar verilir.Fernando qələbə qazanan ən gənc sürücü adını Macarıstanda əldə edir. Mövsümü 55 xalla altıncı yerdə tamamlayır.

2004

2004-cü ildə qələbə qazana bilməsə də, dörd dəfə podiuma yüksəlir və mövsümü dördüncü yerdə başa vurur.

2005

2005-ci ildə Cankarlo Fizikella komandaya gəlir. Titul uğrunda mübarizə Alonso və McLaren-in sürücüsü Kimi Rəykkönen arasında gedir. Mövsümə əla başlayan Fernando yekunda 7 qələbə, 15 podiumla titulun sahibi olur və ən gənc çempion adına sahib olur (2010-cu ildə Sebastyan Fettel çempion olana qədər bu adı özündə saxlayır). Fernando qazandığı titul barədə belə deyir: "Bunu karyeram boyu məni dəstəkləyən ailəmə və yaxın dostlarıma həsr etmək istəyirəm.İspaniya Formula 1 ölkəsi deyil və biz bu yolda tək mübarizə aparmışıq".

2006

2006-cı ilin ilk hissəsi Alonsonun dominantlığı ilə keçir. İlk 9 yarışın hamısında podiumun ilk iki pilləsində olur və bu yarışlardan altısını qalib kimi başa vurur. Mövsümün ortasında texniki reqlamentdəki bəzi dəyişikliklərdən sonra Mixael Şumaxer də titul uğrunda mübarizəyə qoşulur.Çin Qran Prisindən sonra iki sürücünün xalları bərabərləşir.Lakin Mixaelin Yaponiyada tamamlaya bilmədiyi yarışda qalib gələn Fernando Braziliyada da onu üstələyir və ardıcıl ikinci titulunu əldə edir. Mixael mövsümün sonunda Formula 1-dən gedir. Fernando 2005-ci ilin sonunda – Renault ilə müqaviləsinin başa çatmasına bir il qalmış bildirir ki,2007-ci ildə McLaren-ə keçə bilər. Komanda ilə qazandığı uğurlara görə Flavio Bratore ona 2006-cı ilin dekabrın 15-də McLaren maşını ilə test etməyə imkan yaradır. Alonso üzərində heç bir reklam olmayan MP4–21 ilə Xeresdə 95 dövrə vurur. McLaren onun komanda yoldaşının debütant Lyuis Həmilton olacağını və Fernandonun 39 milyon dollar qazanacağını açıqlayır.

2007

Olduqca gərgin keçən mövsümdə dörd dəfə qalib gəlir.Macarıstan Qran Prisinin sıralanma turunda baş verənlərdən sonra Alonso ilə Lyuis Həmiltonun münasibətləri pisləşir. Fernando 109 xalla mövsümü üçüncü yerdə tamamlayır.İkinci yerdəki Lyuis Həmiltonla eyni xala sahib olur, titulu qazanan Kimi Rəykkönenə isə cəmi bir xalla uduzur. Komanda ilə münasibətləri pozulan Fernandonun mövsümün sonunda gedəcəyi barədə xəbərlər yayılır. Noyabr ayında hər iki tərəf qarşılıqlı şəkildə üçillik müqaviləni ləğv etdiklərini, Fernandonun 2008-ci ildə istədiyi komandaya keçə biləcəyini açıqlayır. McLaren casusluq qalmaqalına görə Mühəndislər Kubokundan xaric edilir.

2008

Fernando 2008-ci ildə yenidən Renault-ya qayıdır. Lakin komanda onun çempion olduğu illərdəki qədər güclü deyildi. Buna baxmayaraq, Fernando SinqapurYaponiyada qələbə qazanaraq çempionatda beşinci olur.Sinqapurdakı yarış sonradan Flavio Briatorenin Formula 1-dən uzaqlaşdırılmasına səbəb olur. Komandadan göndərilən Nelson Pike 2009-cu ildə bildirir ki, Flavio Briatore Sinqapur yarışında ondan qəsdən qəza etməsini istəyir.Flavio Briatore hər şeyi elə hesablayır ki, yarış Fernandonun qələbəsi ilə bitir.FİA araşdırmalardan sonra Fernandonun bu hadisədə günahsız olduğunu bildirir.

2009

2009 isə uğurlu olmur və Fernando cəmi bir podiumla kifayətlənir. Fernando 2009-cu il sentyabrın 30-da növbəti mövsümdən etibarən Ferrari-də yarışacağını açıqlayır. Kimi Rəykkönen mövsümün sonunda komandadan gedir və Fernando Alonso Felipe Massa ilə komanda yoldaşı olur. Müqavilə 2012-ci ilin sonuna qədər nəzərdə tutulur. Bir çoxları iddia edir ki, tərəflər keçidlə bağlı əslində 2008-ci ildən razılığa gəliblər]].

2010

Fernandonun yeni komandasındakı debütü qələbə ilə nəticələnsə də, mövsümün növbəti yarışlarında yaxşı nəticələr əldə edə bilmir. Çempionatın lideri demək olar ki, hər yarışda dəyişir.İtaliya Qran Prisindən etibarən dörd yarışın üçündə qalib gələn Alonso yenidən titul uğrunda mübarizədə ən güclü namizədlərdən biri olur.Əbu Dabidəki son yarışa 246 xalla çempionluğa ən yaxın sürücü olur. Lakin yarışı yeddinci yerdə tamamlayır və qalib gələn Sebastyan Fettel mövsümdə ilk dəfə çempionatda birinciliyə yüksəlir və ilk titulunu qazanır.Alonso 25 xallıq yeni sistemdə Sebastyan Fettelə cəmi dörd xalla uduzur.

2011

2011-ci ildə Red Bull əlçatmaz olur – Sebastyan Fettel 11 qələbə qazanır və böyük xal fərqi ilə titulun sahibi olur. Fernando yeganə qələbəsini Silverstounda əldə edir və doqquz dəfə podiuma yüksəlir.

2012

2012-ci ili isə Fernandonun ən yaxşı mövsümlərindən biri adlandırmaq olar. Malayziyada qırmızı bayraqlarla uzun müddət dayandırılan yarışda qalib gəlir. Növbəti iki yarışda qarşılaşdığı texniki problemlər Fernandoya yüksək yerləri tutmağa imkan vermir. Mövsümün ilk yeddi yarışını yeddi müxtəlif sürücü qazanır və çempionatda maraqlı vəziyyət alınır. Lakin Valensiyadakı unudulmaz yarış bir çox şeyi dəyişir. Fernandonun 11-ci yerdən start aldığı yarışda onun çempionatdakı əsas rəqiblərindən Lyuis Həmilton qəzaya görə, Sebastyan Fettel isə motora görə finişə çata bilmir. Yaxşı start alan və ardıcıl ötmələr edən Fernandoya bu amillər də kömək edir və finiş xəttini birinci keçir. Bu, həm də Mixael Şumaxerin son dəfə podiuma çıxdığı yarış olur.Almaniyada da qalib gələn Alonso Britaniyada son dövrələrdə daha təzə təkərlərə sahib olan Mark Uebber tərəfindən keçilir. Mövsümün ikinci hissəsində isə vəziyyət tamamilə dəyişilir.Sebastyan Fettel ardıcıl dörd qələbə qazanır və Fernandonun əldə etdiyi 40 xaldan çox üstünlük əriyir.Braziliyadakı son yarış çempionu müəyyən etməli idi. Yarışa Sebastyam Fettel 273, Alonso isə 260 xalla gəlir. Yarışın startında Sebastyan Fettel yerində fırlanaraq gerilərə düşür. Sonra isə altıncı yerə qədər yüksələ bilir. Fernando səkkizinci yerdə başladığı yarışda ikinciliyə qədər gəlir,lakin Censon Battona çatmaq mümkün olmur. Yekun nəticələrə görə Sebastyan Fettel 281 xalla çempion, Alonso isə 278 xalla ikinci olur.

2013

Ferrari 2013-cü ilə yaxşı başlayır. Fernando Çindəİspaniyada qalib gəlir. Lakin bir il əvvəl olduğu kimi,Red Bull bu dəfə də yay fasiləsindən sonra əlçatmaz olur.Sebastyan Fettel Belçika Qran Prisindən Braziliya Qran Prisinə qədər olan doqquz yarışın hamısında qalib gələrək ardıcıl ən çox qələbə qazanan sürücü olur. Yekunda 397 xalla çempion olur və bu, rekorddur. Fernando isə yenə də ikinci yerin sahibi olur.

2014

2014-cü ildə turbo mühərriklərə keçidlə Mercedes dövrü başlayır. Fernando qələbə uğrunda mübarizəyə imkan verməyən maşınla yalnız iki dəfə –ÇindəMacarıstanda podiuma yüksəlir. Mövsümün sonunda isə müqaviləsinin olmasına baxmayaraq, komandadan ayrılacağını və Honda mühərriklərinə keçən McLaren-də yarışacağını bildirir.

2015–2017

Fernandonun McLaren-dəki ikinci dövrü barədə danışmağa dəyməz.Honda mühərrikləri artıq üçüncü ildir ki, idmandadır, lakin hələ də gözlənilən nəticəni verə bilmir. Fernando 2015-ci ildən bəri bir dəfə də olsun nəinki qələbə, heç podium uğrunda mübarizə apara bilməyib. Nə Fernando, nə də iki il ərzində komanda yoldaşı olmuş Censon Batton.

Mənbə

İstinadlar

  1. Fernando Alonso // filmportal.de. 2005.
  2. Fernando Alonso // Brockhauz Ensiklopediyası (alm.).