Karl Qustav Emil Mannerheym | |
---|---|
isv. Carl Gustaf Emil Mannerheim | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 (16) iyun 1867 |
Vəfat tarixi | 27 yanvar 1951 (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Bağırsaq keçməzliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası, Finlandiya |
Qoşun növü | Rusiya İmperator Ordusu, Ağ Qaravullar (Finlandiya) |
Rütbəsi | Feldmarşal (1933), general-leytenant (1917), tam süvari generalı (1918) |
Döyüşlər | |
Təltifləri |
|
mannerheim.fi | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Qustav Emil Mannerheym (fin Carl Gustaf Emil Mannerheim; 4 (16) iyun 1867 – 27 yanvar 1951, Lozanna) —finlandiyalı hərbi və dövlət xadimi. İkinci dünya müharibəsi ərzində Finlandiya müdafiə qüvvələrinin baş komandanı, marşal və Finlandiyanın altıncı prezidenti olmuşdur (1944–1946).
İsveç əsilli bir ailədə anadan olmuş Mannerheym 1889-cu ildə Rusiya ordusunda xidmətə başlamışdır. Həmin dövrdə Finlandiya Rusiya imperiyasının tərkibində yerləşirdi. Rusiya ordusunun tərkibində Birinci dünya müharibəsi və Rus-yapon müharibəsindəki fəal iştirakına görə, general-leytenant rütbəsinə qədər yüksəlmişdir. 1917-ci ildə Finlandiya müstəqilliyini elan etdikdən sonra öz ölkəsinə qayıtmış və xidmətini burada davam etdirmişdir. Monarxiya tərəfdarı olan Mannerheym Finlandiya vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı olan Ağ Qaravulların komandanlığını üstlənmiş və almanların da köməyi ilə bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxartdı. 1918-ci ilin dekabrında kral naibi vəzifəsinə təyin olunur və 1919-cu ildə respublika elan olunana qədər bu vəzifədə qalır. 1919–1931-ci illər aralığında könüllü olaraq tibbi və sosial yardım təşkilatlarında çalışır.
1931-ci ildə Milli Müdafiə Şurasının rəhbərliyinə təyin olunan Mannerheym bu vəzifədə xidmət etdiyi səkkiz il ərzində Leninqrad şəhərinin qarşısında yerləşən Karel bərzəxini boydan-boya keçən və SSRİ-dən gələ biləcək hücumların qarşısını almaq üçün planlanan Mannerheym xəttinin hazırlanmasını tamamlamışdır. Lakin, müharibənin sonunda Finlandiya məğlub oldu və 1940-cı ildə olduqca ağır bir sülh sazişi imzalamaq məcburiyyətində qaldı.
Finlandiya 1941-ci ilin yayında tarixi Finlandiya torpaqlarını geri almaq məqsədilə Almaniya ilə birlikdə Sovet İttifaqına qarşı müharibə elan etdi. 1942-ci ilin iyununda marşal rütbəsinə qədər yüksələn Mannerheymin rəhbərliyi altındakı birliklər Sovet Ordusunun üstünlüyü ələ keçirməsi nəticəsində müharibənin əvvəlində ələ keçirdiyi torpaqlardan geri çəkilmək məcburiyyətində qaldı. 1944-cü ilin avqustunda Finlandiya prezidenti təyin olunmuş və sentyabrda SSRİ ilə sülh müqaviləsi imzalamışdır.
Karl Qustav Mannerheym 4 mart 1946-cı ildə sağlıq problemlərinə görə, prezident vəzifəsindən istefa vermişdir. Həyatının geri qalan hissəsini İsveçrənin Valmost qəsəbəsində davam etdirmiş və 27 yanvar 1951-ci il tarixində Lozannada vəfat etmişdir. O, 4 fevral 1951-ci ildə hərbi mərasimlə Finlandiyanın Helsinki şəhərində dəfn olunmuşdur.
Onun vəfatından 53 il sonra Finlandiyada keçirilən bir sorğu nəticəsində Mannerheym bütün zamanların ən böyük finlandiyalı şəxsiyyəti seçilmişdir. O, uzun müddət müasir Finlandiya dövlətinin qurucusu hesab olunmuşdur.