Krımın Rusiya tərəfindən işğal edilməsi (rus.Крымский кризис; ukr.Події у Криму з лютого) - UkraynanınKrım Muxtar RespublikasındaAvromeydan inqilabından sonra etnik ukraynalılar və ruslar arasında baş vermiş münaqişələrə verilən ümumi ad. Proses prezident Viktor Yanukoviçin ölkəni tərk etməsindən sonra daha da gərginləşmişdir. Ərazinin yerli əhalisi olan Krım tatarları isə ukraynalıların mövqeyini dəstəkləməkdədir.Rusiya tərəfindən dəstəklənən Ali ŞuraKrımın müxtariyyət səlahiyyətlərinin artılmasını və ya tam müstəqil dövlətə çevirilməsini tələb edir.
27 fevral tarixində silahlı və maskalı bir qrup şəxslər ərazidə parlament binası və 2 hava limanı başda olmaqla bir sıra strateji əhəmiyyətləri obyektləri ələ keçirdi. Həmin qrup tərəfindən KrımlaUkraynanı bir-biri ilə əlaqələndirən bütün telekommunikasiya və internet xəttlərin sıradan çıxarıldı.