Tarixi
İlk rəsmi oyununu 1961-ci ilin sentyabrın 3-də Mərakeşdə Liviyaya qarşı keçirən komanda 2:2 hesablı heç-heçə edib. Ən böyük hesablı məğlubiyyətləri 0:8 hesablı olub. İki dəfə. 1961-ci il, sentyabrın 3-də Mərakeşdə Misir, 2003-cü ilin noyabrın 19-da Portuqaliyada. Ən böyük hesablı qələbəsi 2000-ci ilin fevralın 14-də rəsmiləşib. Butanı evdə 20:0 darmadağın ediblər. Həmin il Sidney Olimpiadasının iştirakçısı olan Küveyt yalnız Asiya kubokunda uğuru ilə öyünür. 1976-cı ildə gümüş medal əldə edən ərəblər 4 il sonra növbəti yarışda çempion adını qazanıb. Asiya kubokunda (1984-cü ildə) bürünc medal götürərək, ardıcıl üç dəfə mükafatçılar sırasında yer alıblar. Dünya çempionatının final mərhələsinə yalnız 2 dəfə çıxan zəngin neft ölkəsinin təmsilçiləri hər iki halda qrup səddini aşa bilməyib. 1982-ci ildə İspaniyada keçirilən mundialda isə qalmaqal yaradıblar. Fransa ilə oyunda hesabda 1:3 geridə olarkən, baş hakimin qərarına etiraz əlaməti kimi oyunu davam etdirmək istəməsələr də, Şeyx Faxad Əl Əhmədin müdaxiləsindən və hakimin vurulan qolu ləğv etməsindən sonra daşı ətəklərindən töküblər.
Uğurları
İstinadlar
Həmçinin bax
Futbol üzrə Asiya Kubokunun qalibləri |
---|
|