Proksi server

Proksi server kimi fəaliyyət göstərən üçüncü kompüter vasitəsilə qoşulmuş iki kompüter arasında əlaqə. Bu, Məmmədin məxfiliyini qoruya bilər, çünki Əhməd sadəcə proksini tanıyır və Məmməd ilə birbaşa əlaqə saxlaya bilmir.

Proksi server — resursu tələb edən müştəri ilə həmin resursu təmin edən server arasında vasitəçi kimi çıxış edən server proqramı. Bu prosesdə məxfilik, təhlükəsizlik və performansı yaxşılaşdırır.

Müştəri, fayl və ya veb səhifə kimi resurs üçün sorğunu yerinə yetirə bilən serverə birbaşa qoşulmaq əvəzinə, müştəri sorğunu emal edən və tələb olunan şəbəkə əməliyyatlarını yerinə yetirən proksi serverə yönləndirir. Bu, sorğunun mürəkkəbliyini sadələşdirmək və ya nəzarət etmək və ya yük balansı, məxfilik və ya təhlükəsizlik kimi əlavə üstünlüklər təmin etmək üçün bir metod kimi xidmət edir. Paylanmış sistemlərə struktur və inkapsulyasiya əlavə etmək üçün proksilər hazırlanmışdır Beləliklə, proksi server xidmətə müraciət edərkən müştərinin adından işləyir və sorğunun əsl mənbəyini resurs olan serverdən gizlədir.

İstinadlar

  1. Luotonen, Ari; Altis, Kevin. "World-Wide Web Proxies" (PDF). April 1994. 9 October 2016 tarixində arxivləşdirilib (PDF).
  2. Shapiro, Marc. Structure and Encapsulation in Distributed Systems: the Proxy Principle. 6th International Conference on Distributed Computing Systems. Cambridge, MA, USA. May 1986. 198–204. inria-00444651. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2018.

Həmçinin bax