Unimak adası

Unimak adası
ing. Unimak Island
Ümumi məlumatlar
Sahəsi 4069,9 km²
Uzunluğu
  • 95 km
Eni 116 km
Hündür nöqtəsi 2857 m
Əhalisi 64 nəfər (2000-ci il)
Yerləşməsi
54°41′58″ şm. e. 164°06′25″ q. u.
Ölkələr
Akvatoriya
]
Unimak adası
Unimak adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir.

Təsviri

Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir.

1903-ci ildə adada mayak inşa edilmişdir. Mayak 30 metr hündürlükdən şəfəq saçırdı. Mayak 1 aprel 1946 ildə sunami nəticəsində yer üzündən silinmişdir. Zəlzələnin episentri adadan 150 km cənubda yerləşirdi. Nəticədə bütün əməkdaşlar həlak olmuşlar.

İstinadlar

  1. "1 aprel 1946 il Aleut adalarında baş vermiş zəlzələ". 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.