Vasili Aleksandri

Vasili Aleksandri
rum. Vasile Alecsandri
Təxəllüsü V. Mircesco
Doğum tarixi 21 iyul (2 avqust) 1821
Doğum yeri
Vəfat tarixi 22 avqust (3 sentyabr) 1890 (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Fəaliyyəti şair, yazıçı, siyasətçi, dramaturq, folklorşünas, diplomat
Əsərlərinin dili Rumın dili, fransız dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Aleksandri (mold. Василе Александри, rum. Vasile Alecsandri; 21 iyul (2 avqust) 1821, Bakeu judetsi, Moldova knyazlığı22 avqust (3 sentyabr) 1890, Mirçeşti) — MoldovaRumıniya yazıçısı, publisist, folklor toplayıcısı.

Həyatı

Vasili Aleksandri 2 avqust 1821-ci ildə Moldova knyazlığında anadan olmuşdur. O, 1848-ci il inqilabında, həmçinin Moldaviya və Valaxiyanın birləşməsi uğrunda mübarizədə fəal iştirak etmişdir. "Yassı karnaval vaxtı", "Kiritsa əyalətdə" (1852) komediyalarında, "Müstəbid voyevoda" (1879), "Ovidi" və s. tarixi dramlarında və hekayələrində feodal-təhkimcilik quruluşu, istibdad, hakim siniflərin həyat tərzini tənqid edir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi dövründə yazdığı "Bizim döyüşçülərə pyes" silsiləsində xalqın istiqlaliyyət uğrunda mübarizəsini tərənnüm etmişdir. "Doynalar" (1843–1853), "İnci-cicəkləri" (1848–1863) şeir silsilələrinin, tarixi poemaların müəllifidir. Aleksdrinin yaradıcılığı moldav və rumın ədəbiyyatında tənqidi realizmin, ədəbi dilin inkişafına güclü təsir göstərmişdir. 3 sentyabr 1890-cı ildə vəfat etmişdir.

İstinadlar

  1. 1 2 3 4 5 6 Александри Василе // Большая советская энциклопедия (rus.): . / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Александри Василе // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
  4. 1 2 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 52. ISBN 978-2-221-06888-5
  5. Александри Васили // Азәрбајҹан Совет Енсиклопедијасы: . I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 225.

Əlavə ədəbiyyat

Xarici keçidlər