Zalaeqerseq

Zalaeqerseq
Zalaegerszeg

Bayraq Gerb
Bayraq Gerb
46°50′21″ şm. e. 16°51′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1247
Sahəsi
  • 102,41 km²
Mərkəzin hündürlüyü 166 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 55.433 nəf. (1 yanvar 2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 92
Poçt indeksi 8900
Digər
zalaegerszeg.hu
english.zalaegerszeg.hu
deutsch.zalaegerszeg.hu
Xəritəni göstər/gizlə
Zalaeqerseq xəritədə
Zalaeqerseq
Zalaeqerseq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zalaeqerseq (mac. Zalaegerszeg) — Macarıstanın qərbində yerləşən Zala medyesində şəhər.

Tarixi

Arxeoloji qazıntılara əsasən şəhər Paleolit dövründə mövcud olmuşdur. Dəmir dövründən başlayaraq keltlər burada məskunlaşdılar. 1247-ci ilə aid əlyazmalarda ərazinin adı “Eqerçurq”, 1293-cü ildə “Eqerseq” kimi adlandırılmışdır. 1266-cı ildə Macarıstan kralı IV Bela tərəfindən ərazi Vesprem yepiskopuna hədiyyə edildi. 1568-ci ildən etibarən şəhərdə bir qala inşa edildi. 1570-ci ildə Osmanlı qüvvələri birinci dəfə şəhərə hücum elədilər, lakin bu hücumları uğurlu olmadı. 1600-cü ildə Nadkanija qalasının Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən sonra ərazinin strateji önəmi artdı. 1664-cü ildə Zerinvar qalasının fəthindən bir müddətlik Osmanlı qüvvələri tərəfindən ələ keçirildi. 1870-ci ildə şəhər statusunu itirdi və kənd oldu. 1885-ci ildə yenidən şəhər statusunu bərpa etdi. 1920-ci illərdə şəhərdə canlanma başladı; yeni binalar, poçt şöbələri, dəmir yolu stansiyaları, yanğınsöndürmə bürosu, polis mərkəzi və Barokko üslubunda sinaqoq inşa edildi.

İkinci Dünya müharibəsi illərində şəhərin 1221 nəfər yəhudi sakini Auşvitz həbs düşərgəsinə sürgün edildi. Şəhər 28 mart 1945-ci ildə Qırmızı Ordu tərəfindən ələ keçirildi.

1950-ci illərdə şəhərdə önəmli dəyişikliklər baş verdi. 1952-ci ildə tekstil fabriklərinin tikintisi və neft ehtiyatlarının kəşfi ilə Zalaeqerseq sənaye şəhərinə çevrildi. Dəmiryol xətti sistemi daha da genişləndirildi. Macarıstan vətəndaşalrı 26 oktyabr 1952-ci ildə şəhərdə inqilab etdilər. Şəhərin kommunist rəhbərliyi Körmendə qaçdı və Sovet qoşunlarının 4 noyabrda şəhərə gəlməsi ilə ərazi İnqilab Şurası tərəfindən idarə olunmağa başladı.

Sosializmin sonunda iqtisadi tənəzzül digər şəhərlərdən fərqli olaraq Zalaeqerseqə təsir etmədi. 1990-ci illərdə şəhər dinamik inkişaf etməyə başladı.

Coğrafiyası

Zalaeqerseq Zala çayının sahilində, SloveniyaAvstriyanın sərhədinə yaxın və Budapeştin qərb və cənub-qərbinin 220 kilometrində yerləşir.

Beynəlxalq əlaqələr

Qardaşlaşmış şəhərlər

Zalaeqerseq şəhərinin mərkəzində qardaşlaşmış şəhərlərə həsr olunan nişan.

Həmçinin bax

İstinadlar

  1. Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2023.
  2. "Krosno Official Website - Partner Cities". {{{3}}} {{{3}}}) © 1998 - 2001 Urząd Miasta Krosna. 2007-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.

Xarici keçidlər