Zamiq Hüseynov | |
---|---|
azərb. Zamiq Əsgər oğlu Hüseynov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Füzuli, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Boyu | 1.75 sm |
Zamiq Əsgər oğlu Hüseynov (12 sentyabr 1983, Füzuli) — azərbaycanlı estrada müğənnisi.
Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəmişdir.
2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatrda "Sən necə də gözəlsən" adlı ilk konserti baş tutmuşdur. 2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər. 2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxmışdır. 2014-cü ildə Bu şəhəri çox sevirəm adlı üçüncü albomu işıq üzü görüb. Eyni ildə Yaşıl Teatrda Bu şəhəri çox sevirəm adlı solo konserti baş tutmuşdur. 2015-ci ildə Karaoke albomu işıq üzü görmüşdür. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrla solo konsert vermişdir. 2018-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev sarayında "Kaman" adlı konsert proqramı ilə çıxış edib. 2018-ci ildə Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklində Ələddin personajını canlandırmışdır. 2019-cu ildə Heydər Əliyev Sarayında "Bu gün bizim günümüz" adlı solo konsert vermişdir. Eyni ildə Naxçıvanda Saat meydanında solo konsert proqramı ilə çıxış etmişdir. Zamiq Hüseynov uzun illərdir ki, Heydər Əliyev Fondu tərəfindən yeni il ərəfəsində Buta Palace-da təşkil olunan kimsəsiz uşaqlar üçün konsertdə daimi iştirak edir. O, həmçinin xarici ölkələrdə təşkil olunan dövlət tədbirlərinə müntəzəm şəkildə dəvət olunur.
Say | Klip | Tarix |
---|---|---|
01 | Dəymərəm Qəlbinə | 2003 |
02 | Uçduq | 2006 |
03 | De Neyləyim | 2006 |
04 | Mənimlə Qal | |
05 | Sən Necə Də Gözəlsən | 2008 |
06 | Kaş Ki | 2010 |
07 | Keçmişim ft. Çingiz Mustafayev | 2011 |
08 | Orada Biri Var | 2012 |
09 | Qurban Verərdim | 2012 |
10 | Gör Nələr Olur | 2014 |
11 | Həyat Çətindir | 2014 |
12 | Səninlə Yaşayıram | 2014 |
13 | Bir Nəfərlik Bilet | 2015 |
14 | Vaxtım Bol ft. Nadir Nəğd Pul | 2015 |
15 | Yağış | 2015 |
16 | Qalib Ol ft. Günay İbrahimli | 2016 |
17 | O | 2016 |
18 | Həyat | 2016 |
19 | O Mənə İnanır | 2017 |
20 | Unudaram | 2017 |
21 | Yoxdur Cahanda Tayın | 2017 |
22 | Qoy Ağlasın ft. Nadir Nəğd Pul, RG | 2018 |
23 | Bəyaz Mələyim | 2018 |
24 | Varmı | 2018 |
25 | Bu Gün Bizim Günümüz | 2018 |
26 | Özü Bilər ft. Elşad Xose | 2018 |
27 | Моя Награда | 2019 |
28 | Var Ol | 2019 |
29 | Leyla | 2020 |
30 | Duman | 2020 |
31 | Просто Будь | 2020 |
32 | Mən Səni Sevirəm | 2020 |
33 | Zəfər Mahnısı ft. Brilliant, Tünzalə, Elçin, Alim, Samir | 2021 |
34 | Son Nəfəsimizə Qədər | 2021 |
35 | Dedilər ft. Sivva | 2021 |
36 | Neylərsən ft. Röya | 2021 |
37 | Hep Biri Var | 2021 |
38 | Əvəzsizim | 2021 |
39 | Gözlərində | 2022 |
40 | İfadə | 2022 |
41 | Əfsanə | 2023 |
42 | Mənim Atam Qəhrəmandır | 2023 |
43 | İcazə Ver | 2023 |