Zülfü Əsədzadə

Zülfü Əsədzadə
Zülfü Sabit oğlu Əsədzadə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Mingəçevir, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2005—h.h.
Janrlar Pop, Estrada
Səs tembri Lirik tenor
Təhsili ADMİU

Zülfü Əsədzadə (tam adı: Zülfü Sabit oğlu Əsədzadə) — Azərbaycanlı müğənni, "Səs Azərbaycan"ın qalibi.

Həyatı

Zülfü Əsədzadə 1994-cü il oktyabrın 9-da Mingəçevir şəhərində anadan olmuşdur. Təhsilinə 2001-ci ildə Mingəçevir şəhər 4 saylı orta məktəbdə başlamışdır. Məktəb yaşlarından musiqiyə, oxumağa həvəsi olduqca böyük olan Zülfü, 2005-ci ildə “Ana Kür” adlı müsabiqə ilə ilk dəfə olaraq musiqi həyatına qədəm qoyur. Müsabiqəni uğurla başa vurduqdan sonra Mingəçevir şəhər Bülbül adına 2 saylı uşaq musiqi məktəbinə daxil olmuş, məktəb xorunda solist kimi təhsilini davam etdirmişdir. 2006-cı ildə “Cazibə istedad sorağında” yarışmasında birinci yerə layiq görülmüşdür. Elə həmin ilin avqust ayında əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” vokal ansamblına solist seçilmişdir. 2012-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdən məzun olmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalvr təhsilini başa vurmuşdur.

Fəaliyyəti

  • 2023-cü ildə İctimai tvdə yayımlanan beynəlxalq layihə olan “Səs Azərbaycan” yarışmasına qoşulur və martın 21-də ümumxalq səsverməsi ilə yarışmanın qalibi olmuşdur.
  • 2016-cı ildən solo fəaliyyətə başlayır. O Səs Türkiyə müsabiqəsində oxuduğu “Ay qız” mahnısı ilə bütün münsiflər heyətini özünə tərəf döndərə bilmişdi, bu hadisə AzərbaycanTürkiyədə gündəm olmuşdu.
  • 2006-2016-ci illərdə Bülbüllər qrupunun solisti olub, fəaliyyəti dövründə ölkə daxilində və xaricində konsertlər vermişdir.
  • 2012-ci ildə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş universitetlər arası yarışmada birinci yerin qalibi olmuşdur.

Diskoqrafiya

Sinqllar və kliplər

Tarix Mahnı Söz / Musiqi Keçidlər
2023 Ruhumun əksi Orxan Mürvətli / Cavid Əhmədov Youtube
2023 Gələcəyəm Fəxrəddin Əliyev / Xumar Qədimova Youtube
2022 Gecə düşüncəsi Mikayıl Müşfiq / Elçin İmanov Youtube
2019 Son görüş Ziya Buludov / Arif Səlimov Youtube

Səs Azərbaycan | Doğma Nəğmələr

Mahnı Söz / Musiqi Keçidlər
Mavi gözündə Fikrət Qoca / Polad Bülbüloğlu Youtube
Balaşın mahnısı Cəfər Cabbarlı / Fikrət Əmirov Youtube
Ömür keçdi, gün keçdi Xalq Bayatıları / Emin Sabitoğlu Youtube
İndi günah nə səndədir, nə məndə Həmid Abbas / Oqtay Rəcəbov Youtube

O ses Türkiye

Mahnı Söz / Musiqi Keçidlər
Ay qız Zeynal Cabbarzadə / Cahangir Cahangirov Youtube

Xarici keçidlər

Rəsmi Video və Audio kanalları

Sosial media hesabları


İstinadlar

  1. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  2. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  3. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  4. "Arxivlənmiş surət". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  5. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  6. https://www.musavat.com/news/ses-azerbaycan-in-qalibi-zulfuden-maraqli-paylasim_965185.html
  7. "Arxivlənmiş surət". 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  8. https://musavat.com/news/o-ses-turkiye-munsiflerini-dalasdiran-azerbaycanli-menimle-fexr-etdiklerini-deyirler_389685.html
  9. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  10. "Arxivlənmiş surət". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  11. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  12. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  13. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  14. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  15. "Arxivlənmiş surət". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  16. http://simsar.az/news/print-34172.html