İstanbul Medipol Universiteti

İstanbul Medipol Universiteti
İstanbul Medipol Üniversitesi
Xəritə
41°05′17″ şm. e. 29°05′18″ ş. u.
Əsası qoyulub 7 iyul 2009
Tələbə sayı 37.051
Ölkə
Sayt medipol.edu.tr

İstanbul Medipol Universiteti (türk. İstanbul Medipol Üniversitesi) — İstanbulda yerləşən özəl Türkiyə universiteti. 2009-cu ildə Türkiyə Təhsil, Sağlamlıq və Araşdırma Vəqfi tərəfindən təsis edilib. Vəqfin təsisçisi Türkiyənin hazırkı səhiyyə naziri Fəxrəddin Kocadır.

Universitet 12 fakültə, 5 institut və 4 peşə məktəbindən ibarətdir. Universitetdə qeydiyyatdan keçən 46988 tələbə təhsil alır. Bakalavr pilləsində təhsil alanların sayı 30855 nəfər, magistratura pilləsində təhsil alanların sayı isə 1206 nəfərdir. Subbakalavr tələbələrinin sayı 14112, xarici tələbələrin sayı isə 10610 nəfərdir. Universitetdə 1379 akademik dərs deyir, 2590 inzibati heyət çalışır.

Tarixi

İstanbul Medipol Universiteti 2009-cu il iyulun 7-də Medipolitan Təhsil və Sağlamlıq Vəqfi (indiki Türkiyə Təhsil, Sağlamlıq və Araşdırma Vəqfi) tərəfindən təsis edilib və vəqf universiteti kimi publik hüquqi şəxs statusu alıb.

İstanbul Medipol Universiteti Hüquq Fakültəsi 2015-ci ildə Avropanın hüquq fakültələrinin iştirakı ilə hüquq təhsili ilə bağlı bir çox məsələlərin müzakirə edildiyi beynəlxalq platforma olan Avropa Hüquq Fakültələri Birliyinə üzv olub.

Universitet 2023-cü ildə Birləşmiş Millətlər Təşkilatının Akademik İmpakt təşəbbüsünə (UNAI) üzv seçilib.

Universitetdə sosial, mədəni, elmi və özəl sahələrdə fəaliyyət göstərən 100 fəal tələbə klubu mövcuddur.

Akademik bölmələr

Fakültələr

  • Stomatologiya fakültəsi
  • Əczaçılıq fakültəsi
  • Təhsil fakültəsi
  • Təsviri İncəsənət, Dizayn və Memarlıq Fakültəsi
  • Hüquq fakültəsi
  • Kommunikasiya fakültəsi
  • Humanitar və Sosial Elmlər fakültəsi
  • Biznes və İdarəetmə Elmləri fakültəsi
  • Mühəndislik və Təbiət Elmləri fakültəsi
  • Sağlamlıq Elmləri fakültəsi
  • Tibb fakültəsi
  • Beynəlxalq Tibb fakültəsi

Kolleclər

  • Sağlamlıq Elmləri Məktəbi

Peşə Məktəbləri

  • Ədliyyə Peşə Məktəbi
  • İMU Peşə Məktəbi
  • Sağlamlıq Xidmətləri Peşə Məktəbi
  • Sosial Elmlər Peşə Məktəbi

İnstitutlar

  • Məhkəmə Elmləri İnstitutu
  • Elm və Texnologiya İnstitutu
  • Səhiyyə Elmləri İnstitutu
  • Səhiyyə Elmləri və Texnologiyaları Tədqiqat İnstitutu
  • Sosial Elmlər İnstitutu

Kitabxana

İstanbul Medipol Universitetinin Kavacık Kuzey, Kavacık Güney, Haliç və Bağcılar kampuslarında kitabxanaları mövcuddur. 2024-cü ilə olan məlumata görə, kitabxanalar 88571 çap olunmuş kitab, 126 çap olunmuş jurnal, 434 tezis, 785918 elektron kitab, 65562 elektron jurnal, 40 məlumat bazası və 632 DVD kolleksiyasına malikdir. Kitabxanada 1950-ci ildən əvvəlki dövrlərə aid 38 kitabdan ibarət nadir kolleksiya var.

Həmçinin bax

İstinadlar

  1. https://beatrisesoftware.com.
  2. 1 2 3 GRID Release 2017-05-22. 2017-05-22 2017. doi:10.6084/M9.FIGSHARE.5032286
  3. 1 2 "General Introduction of the Institution" (Turkish). 15 November 2021. 5 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2024.
  4. "İstatistikler | Medipol Üniversitesi". www.medipol.edu.tr. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  5. "Kurumun Genel Tanıtımı | Medipol Üniversitesi". www.medipol.edu.tr. 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  6. "Medipol Hukuk, Avrupa Hukuk Fakülteleri Birliği üyesi oldu | Medipol Üniversitesi". www.medipol.edu.tr (türk). 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  7. "MEMBERS – ELFA" (ingilis). 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  8. "İstanbul Medipol Üniversitesi UNAI üyesi oldu | Medipol Üniversitesi". www.medipol.edu.tr (türk). 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  9. "Öğrenci Kulüpleri | Medipol Üniversitesi". www.medipol.edu.tr. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  10. "Sayılarla Kütüphane – Medipol Üniversitesi Kütüphane" (türk). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
  11. "Arxivlənmiş surət". 2019-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.