İkinci Alıbəyli (Zəngilan)

İkinci Alıbəyli
39°09′16″ şm. e. 46°44′58″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
İkinci Alıbəyli xəritədə
İkinci Alıbəyli
İkinci Alıbəyli

İkinci AlıbəyliAzərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd.

Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı Balabəyli olmuşdur. Yaşayış məntəqəsini Ağdam r-nunda vaxtilə mövcud olmuş Alıbəyli kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kəndin ərazisi əvvəllər Alıbəyli kəndinə məxsus yaylaq yeri olmuşdur.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007