1960 UEFA Millətlər Kuboku

1960 UEFA Millətlər Kuboku
Yarış məlumatları
Ev sahibi Fransa Fransa
Tarix 6-10 iyul 1960
Başlama tarixi 6 iyul 1960
Bitmə tarixi 10 iyul 1960
Stadion sayı Park de Prens (Paris), Velodrom (Marsel) (Paris, Marsel ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion  SSRİ
İkinci  Yuqoslaviya
Üçüncü yer  Çexoslovakiya
Dördüncü yer  Fransa
Yarış statistikası
Oyun sayı 4
Qol sayı 17 (matç başına: 4.25)
Tamaşaçı sayı 78958 matç başına: 19740
Mükafat sahibləri
Bombardir(lər) SSRİ Valentin İvanov
SSRİ Viktor Ponedelnik
Fransa Fransua Ett
Yuqoslaviya Milan Qaliç
Yuqoslaviya Drajan Yerkoviç (hər biri 2 qol)
1964
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, PanasonicToyota şirkətləri çempionata sponsorluq etmişlər.

Reqlament

Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiyaİrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur. Çünki turnirin banisi və ideya müəllifi Fransa Futbol Federasiyasının sədri Anri Delone idi. O vaxt ev sahibi komanda üçün avtomatik final mərhələsinə qatılmaq qaydası hələ mövcud deyildi.

Tarixi

13 komanda 1960-cı ildə keçirilən futbol üzrə ilk Avropa çempionatında iştirakdan imtina etmişdi. Bunların arasında İngiltərə, Belçika, AFR, İtaliya, Niderland, İsveç də vardı. Bu komandalar iştirakdan imtinanı futbolçularının klublarda həddən artıq çox yüklənmələri ilə əsaslandırmışlar. Qeyri-rəsmi səbəblər kimi isə çempionatın nüfuzunun aşağı olacağının ehtimal edilməsi və klublararası kubok yarışlarına rəqabət yarada biləcəyi göstərilirdi..

İspaniya milli futbol komandasının oyunçuları 1/4 final oyunu üçün SSRİ-yə gəlməkdən siyasi motivlərə görə imtina etdiklərinə görə komanda turnirdən uzaqlaşdırılmışdır. Beləliklə də dördlər finalına üç Şərqi Avropa komandası - SSRİ, YuqoslaviyaÇexoslovakiya qatılmışdır. Dördüncü komanda çempionatın ev sahibi Fransa millisi olmuşdur.

Yarımfinalda SSRİ millisi çexoslovakiyalıları 3:0 hesabı ilə darmadağın etmiş, yuqoslaviyalılar isə gərgin keçən oyunda fransızlar üzərində 5:4 hesablı qələbə qazanmışlar. 3-cü yer uğrunda oyunda Çexoslovakiya yorulmuş Fransanı 2:0 hesabı ilə məğlub etmişdir.

Final oyununda Yuqoslaviya millisi hesabı açsa da, SSRİ yığma komandasının əfsanəvi gürcü hücumçusu Slava Metreveli 49-cu dəqiqədə hesabı bərabərləşdirmişdir. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır. Əlavə vaxtda Viktor Ponedelnik vaxtın bitməsinə 7 dəqiqə qalmış qələbə topunu rəqib komandanın qapısından keçirmişdir.

İştirakçılar

Şəhərlər və stadionlar

Marsel Paris
Velodrom Park de Prens
43°16′11″ şm. e. 5°23′45″ ş. u. 48°50′29″ şm. e. 2°15′11″ ş. u.
Tutumu: 40 000 Tutumu: 40 000
1960 UEFA Millətlər Kuboku, Fransa

Seçmə mərhələsi oyunları

Rusiyanın poçt markası (2010)

Komandaların heyətləri

Final turniri

Yarımfinallar Final
6 iyul
 Çexoslovakiya 0
 SSRİ 3
10 iyul
 SSRİ 2
 Yuqoslaviya 1
Üçüncü yer
6 iyul 9 iyul
 Fransa 4  Çexoslovakiya 2
 Yuqoslaviya 5  Fransa 0

1/2 final

6 iyul 1960
Çexoslovakiya  0 : 3 (0 : 1)  SSRİ
Qollar Val. İvanov Qol 35'58'
Ponedelnik Qol 64'
Velodrom, Marsel
Tamaşaçı: 25184
Hakim: İtaliya Çezare Yonni
Heyətlər:
Çexoslovakiya: Şroyf, Şafranek, Popluqar, Novak, Bubernik, Masopust, Voyta, Bubnik, Kvaşnyak, Moravçik, Dolinski
SSRİ: Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (k), Metreveli, İvanov, Ponedelnik, Bubukin, Mesxi

6 iyul 1960
Fransa  4 : 5 (2 : 1)  Yuqoslaviya
Vensan Qol 12'
Ett Qol 43'62'
Visnyeski Qol 53'
Qollar Qaliç Qol 11'
Janetiç Qol 55'
Knez Qol 75'
Yerkoviç Qol 78'79'
Park de Prens, Paris
Tamaşaçı: 26370
Hakim: Belçika Qaston Qranden
Heyətlər:
Yuqoslaviya: Şoşkiç, Durkoviç, Yusufi, Janetiç, Zebets, Peruşiç, Knez, Yerkoviç, Qaliç, Şekularats, Kostiç
Fransa: Lamia, Vendlinq, Erben, Rodzik, Marsel, Ferrye, Ett, Müller, Visnyeski, Stivenar, Vensan

3-cü yer uğrunda oyun

9 iyul 1960
Çexoslovakiya  2 : 0 (0 : 0)  Fransa
Bubnik Qol 58'
Pavloviç Qol 88'
Qollar
Velodrom, Marsel
Tamaşaçı: 9438
Hakim: İtaliya Çezare Yonni
Heyətlər:
Çexoslovakiya: Şroyf, şafranek, Popluqar, Nivak, Bubernik, Masopust, Pavloviç, Voyta, Molnar, Bubnik, Dolinski
Fransa: Teyandye, Rodzik, Jonke, Şorda, Marsel, Syatka, Ett, Dui, Visnyeski, Stivenar, Vensan

Final

10 iyul 1960
SSRİ  2 : 1 (0 : 1)  Yuqoslaviya
Metreveli Qol 49'
Ponedelnik Qol 113'
Qollar Qaliç Qol 43'
Park de Prens, Paris
Tamaşaçı: 17966
Hakim: İngiltərə Artur Edvard Ellis
Heyətlər:
SSRİ: Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (k), Metreveli, Val. İvanov, Ponedelnik, Bubukin, Mesxi
Yuqoslaviya: Vidiniç, Durkoviç, Yusufi, Janetiç, Miladinoviç, Peruşiç, Şekularats, Yerkoviç, Qaliç, Matuş, Kostiç
Avropa çempionu
1960
 SSRİ
İlk titul

Bombardirlər

2 top

Simvolik yığma komanda

İstinadlar

  1. "UEFA Avropa çempionatlarının tarixi. 1960. Fransa". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  2. "1960 Avropa Çempionatı". 2012-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-21.

Xarici keçidlər

Həmçinin bax