Bu məqaləni vikiləşdirmək lazımdır. |
UEFA Avro 2012 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi |
Polşa Ukrayna |
Tarix | 2012 |
Başlama tarixi | 8 iyun 2012 |
Bitmə tarixi | 1 iyul 2012 |
Stadion sayı | 8 (8 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İspaniya milli futbol komandası |
Yarış statistikası | |
Oyun sayı | 31 |
Qol sayı | 76 |
Tamaşaçı sayı | 1.440.896 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Fernando Torres, Mario Qomes, Alan Dzaqoyev, Mario Balotelli, Kriştianu Ronaldo, Andres İnyesta |
← 2008 2016 → | |
Vikianbarda əlaqəli mediafayllar |
UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb.
Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.
Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək. İkinci yerin sahiblərindən də biri eyni hüququ əldə etmiş olacaq. Qruplarda ikinci yeri tutan digər 8 yığma isə pley-off oyunlarında qalibi müəyyənləşdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi gələn 2010-cu il fevralın 7-də Polşanın Varşava şəhərində keçiriləcək.
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının (AÇ) seçmə mərhələsinin püşkatması zamanı milli komandaların yer alacağı səbətlərin yekun tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının pley-off mərhələsi başa çatdıqdan sonra AÇ-2012-nin seçmə oyunlarında iştirak edəcək 51 kollektivin hər birinin potensial rəqibləri məlum olub. 2010-cu il fevralın 7-də Polşanın paytaxtı Varşavada atılacaq seçmə mərhələnin püşkü atılacaq. Həmin mərasimdə iştirakçılar 9 qrupa bölünəcək. A-F qruplarının hər birində 6, G-İ qruplarında isə 5 komanda mübarizə aparacaq. Püşkatma zamanı ilk 5 səbətdə 9, sonuncu səbətdə isə 6 yığma yer alacaq. Avropanın ən zəif 6 yığması da məhz 6 komandadan ibarət qruplara paylanacaq. Sonuncu səbətdə ən yüksək reytinqə malik Azərbaycan milli komandasının da 6 komandalı qrupa düşəcəyi dəqiqdir.
Qeyd edək ki, seçmə mərhələnin oyunları gələn ilin sentyabrında start götürəcək. 2011-ci ilin noyabrınadək davam edəcək yarışlar şənbə və əvvəlki kimi çərşənbə deyil, çərşənbə axşamları keçiriləcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən bir komanda birbaşa AÇ-2012-nin final mərhələsinə yüksələcək. İkinci yeri tutan digər 8 kollektiv isə pley-offda qarşılaşaraq, son dörd "xoşbəxt"i müəyyənləşdirəcək.
2012-ci ildə Polşa və Ukraynada keçiriləcəkdir.
Final mərhələsinə vəsiqə qazanmış ölkələr:
2012 Avropa Kubokunda 31 oyun oynanılacaq. 16 oyuna Ukrayna, 15 oyuna isə Polşa ev sahibliyi edəcək. Oyunların keçiriləcəyi şəhər və oyun sayısı belədir:
Varşava | Poznan | Vroslav | Qdansk |
---|---|---|---|
Varşava Milli Stadionu Tutumu: 55,920 |
Miejski Stadionu (Poznan) Tutumu: 45,830 |
Miejski Stadionu (Vroslav) Tutumu: 45,771 |
PGE Arena Qdansk Tutumu: 44,000 |
Kiyev | Donetsk | Lvov | Xarkov |
Milli Olimpiya İdman Kompleksi Tutumu: 69,004 |
Donbas Arena Tutumu: 51,504 |
Yeni Lvov Stadionu Tutumu: 33,500 |
Metalist Stadionu Tutumu: 41,411 |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |