Dettmar Kramer

Dettmar Kramer
alm. Dettmar Cramer
Ümumi məlumatlar
Doğum tarixi 4 aprel 1925(1925-04-04)
Doğum yeri
Vəfat tarixi 17 sentyabr 2015(2015-09-17) (90 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 161 sm
Çəkisi 53 kq
Karyerası
Məşqçisi olduğu klublar
1960–1963 Yaponiya Yaponiya (köməkçi)
1964–1966 Almaniya AFR (köməkçi)
1971–1974 Misir Misir
1974 ABŞ ABŞ
1974 Almaniya Herta
1975–1976 Almaniya Bayern Münhen
1977–1978 Almaniya Ayntraxt Frankfurt
1978–1981 Səudiyyə Ərəbistanı Əl-İttihad
1981–1982 Yunanıstan Aris Saloniki
1982–1985 Almaniya Bayer 04
1984–1985 Malayziya Malayziya
1991–1992 Cənubi Koreya Cənubi Koreya U-23 (köməkçi)
1997 Tailand Tailand

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dettmar Kramer (alm. Dettmar Cramer‎; 4 aprel 1925, Dortmund, Prussiya17 sentyabr 2015, Rayt-im-Vinkl, Bavariya, Almaniya Federativ Respublikası) – alman futbol məşqçisi. 19751976-cı illərdə "Bayern Münhen" klubunun baş məşqçisi kimi iki dəfə UEFA Çempionlar Kubokunun qalibi olmuşdur. 1960-cı illərdə Yaponiyada futbolun inkişafı üçün verdiyi töhfələrə görə "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır.

Karyerası

Dettmar Kramer 4 aprel 1925-ci ildə Almaniyanın Dortmund şəhərində doğulmuşdur. O, məşqçilik karyerasına "Tevtoniya Lapştadt" klubunda başlamış, 1948-ci ildə Vestfaliya Futbol Assosiasiyasına qoşulmuşdur.

Kramer 1960-cı ildə Yaponiya milli futbol komandasının məşqçisi olmağa dəvət olunmuşdur. Onun Yaponiyadakı vəzifəsi milli komandanı 1964-cü ildə Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlamaq idi. Olimpiya oyunlarında Yaponiyanın Argentina üzərində qazandığı qələbə onu Yaponiyada tanınmış şəxsə çevirmişdir. Kramer Yaponiyada futbolun inkişafı üçün çalışmış, yerli məşqçilər yetişdirmiş, aşağı yaş qruplarının təməlini atmışdır. Buna görə də "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır. 1968-ci ildə Mexiko şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında Yaponiya milli komandasının məsləhətçisi olmuş və komandanın bürünc medal qazanmasında rol oynamışdır. O, 1969-cu ildə Çibada keçirilmiş 1-ci FİFA Məşqçilik Məktəbinin müəllimi, 1988-ci ildə İbarakidə keçirilmiş FİFA/Coca-Cola Dünya Gənclik Akademiyasının təlimçisi olmuşdur.

Kramer Yaponiyadan qayıtdıqdan sonra Almaniya milli komandasının köməkçi məçqçisi kimi 1966-cı ildəki Dünya Kubokuna qatılmışdır. O, ölkəsində "Bayern Münhen" klubunun baş məşqçisi olmuş və klubla iki dəfə UEFA Çempionlar Kubokunun (1975 və 1976), bir dəfə Qitələrarası kubokun (1976) qalibi olmuşdur. Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yunanıstan kimi ölkələrin komandalarını çalışdırmışdır.

Mükafatları

1971-ci ildə Yaponiyanın III dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə, 1996-cı ildə Yaponiya Futbol Assosiasiyasının 75 illik Xüsusi Uğur Mükafatı ilə təltif olunmuşdur.

Uğurları

Bayern Münhen
Fərdi
  • France Football: Bütün dövlərin 40-cı ən yaxşı futbol məşqçisi: 2019

İstinadlar

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #13810719X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Dettmar Cramer // Discogs (ing.). 2000.
  3. 1 2 Bayern: elhunyt a sikerkovács, a német futball legendája (mac.).
  4. 1 2 3 4 "Bundesliga mourns Dettmar Cramer". Bundesliga (ingiliscə). 4 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.
  5. 1 2 3 4 "Dettmar CRAMER (JFA Hall of Fame)". Yaponiya Futbol Assosiasiyası (ingiliscə). 5 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2023.
  6. "Top 50 des coaches de l'histoire". France Football. 19 March 2019. 31 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.

Xarici keçidlər