Diona (mifologiya)

Diona
Mifologiya Yunan
Yunanca adı Διώνη
Latınca adı di-u-ja
Cinsi qadın
Atası Uran
Anası Geya
Uşaqları Afrodita
Əlaqəli personajlar Zevs, Afrodita
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diona (yun. Διώνη; Miken sivilizasiyasına görə: di-u-ja, Diviya) — Qədim yunan mifologiyasında personaj, xüsusiyyətləri qeyri-müəyyən olan ilahə, orfizmə görə titan UranGeyanın qızı. Hesiod öz "Teoqoniya"sının girişində onun adını çəkmiş, amma titanidaların siyahısında onu qeyd etməmişdir. Homerin İliadasında Diona Zevsin sevgilisi və Afroditanın anası kimi təsvir edilmişdir. Fərziyyələrə görə o, yunan tanrılarına qədərki dövrə aid Yer ilahəsidir.

Miken panteonunda Zevsin arvadı kimi qeyd olunur. Dodonada Dionanın Zevsin arvadı kimi kultu mövcud olmuşdur.

İstinadlar

  1. Предметно-понятийный словарь греческого языка. Микенский период. Л., 1986. С.142
  2. Орфика, фр.114 Керн
  3. Гесиод. Теогония 17
  4. Гомер. Илиада V 370; Еврипид. Елена 1096; Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3; 3, 1
  5. Примечания А. И. Зайцева в кн. Гомер. Илиада. Л., 1990. С. 458
  6. Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.452