Erik Klapton | |
---|---|
Eric Clapton | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Erik Patrik Klapton (ing. Eric Patrick Clapton) |
Ləqəbi | Slowhand |
Doğum tarixi | 30 mart 1945 (79 yaş) |
Doğum yeri | İngiltərə, Böyük Britaniya |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | gitaraçı, müğənni-mahnı yazarı, avtobioqraf, bəstəkar, cazmen, müğənni, səsyazma sənətçisi |
Fəaliyyət illəri | 1962 – bu gün |
Janrlar | Rok, Hard-rok, Blues |
Musiqi aləti | Gitara |
Albom şirkətləri | Atco Records, Polydor Records |
Əlaqələri | The Yardbirds, Cream |
Təhsili | |
Mükafatları |
|
ericclapton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Erik Klapton (ing. Eric Patrick Clapton; 30 mart 1945) – Kanada əsilli İngilis blues gitaristi, ifaçı və bəstəkardır. Ləqəbi "Slowhand" olan ifaçı "Tears In Heaven" mahnısı ilə 6 nominasiyada Qremmi mükafatı qazanıb.
Eric Clapton, 1945-ci ildə, Patricia Molly Clapton və Edward Walter Fryer'ın evlilik xarici uşağı olaraq dünyaya gəlib. 9 yaşına qədər nənə və babasını öz ana və atası, anası Patricia'yı isə bacısı olaraq bilib. 1964-cü ildə, "The Yardbirds" adlı blues-rock qrupunda çalmağa başladı, lakin 1965-ci ildə mart ayında bu qrupun pop musiqiyə yönəldiyini düşünərək qrupdan ayrıldı. Eyni il John Mayall & Bluesbreakers qrupuna qatılaraq özünü bir blues gitaristi olaraq sübut etdi. Bu qrupda fəaliyyət göstərdiyi vaxtlarda pərəstişkarları ona "God" (Tanrı) ləqəbini verdilər və divarlara "Clapton is God." şüarlarını yazmağa başladılar. 1966-cı ilin ortalarında Clapton yanına Jack Bruce və Ginger Baker'i də alaraq "Cream" adlı qrupu qurdu, bu qrupla bərabər hazırladıqları 3 albomun ardından qrup 1968-ci ildə dağıldı. Prodüserləri 1969-cu ildə "Goodbye" adlı, konsert mahnılarında ibarət olan albomu satışa çıxartdı. 1991-ci ildə Clapton, 3 yaşındakı oğlu Conor'u bir binanın 53-cü mərtəbəsindən yıxılması nəticəsində itirdi. Ona yazdğı "Tears In Heaven" mahnısı Billboard Hot 100 siyahısında 2-ci sıraya qədər çıxdı. Cəmi 19 Grammy mükafatı var.