Espiritu-Santu

Espiritu-Santu
Espírito Santo
Bayraq Gerb
Bayraq Gerb

19°41′ c. e. 40°28′ q. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 46.077,5 km²
Hündürlük
756 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.108.508 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu BR-ES
Rəsmi sayt
Espiritu-Santu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Espiritu-Santu (port. Espírito Santo) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın cənub-şərq regionuna daxildir. Şimaldan Baiya, qərbdən Minas-Jeyras və cənubdan Rio-de-Janeyro ilə sərhədə malikdir. Şərqdən Sakit okeana çıxışı vardır. Ştatın inzibati mərkəzi Viktoriyadır.

Ştatın portuqalcadan tərcümədə «Müqəddəs ruh» mənasını verir.

Coğrafiya

Atlantik okeanın sahilərində ştatın iqlimi tropikdir. İl ərzində iki mövsüm hakimdir. Şimala doğru iqlim quru və istidir. Cənub və cənub-qərb hissə dağlıq olduğundan iqlimi yüksəkliyə doğru azalır. Ən iri çayı Riu-Dosidir.

Ştat ərazisinə Trinidadi-e-Martin-Vas adası daxildir.

Tarixi

1535-ci ildə Espiritu-Santu ərazisininə ilk dəfə Vasko Koutinonun başçılığı ilə portuqal koloniyaçıları ayaq basmışlar. 23 may Ruhlar günüdür. Bu səbəbdən ştatın adı bu çür adlandırılmışdır. İlk əvvələr vilayətin mərkəzi Vila-Velya salınmışdır. 1551-ci ildə mərkəz Viktoriyaya köçürülmüşdür.

1822-ci ildə Espiritu-Santu kapitanlığı vilayətə çevrilmişdir. 1889-cu ildə vilayət ştat statusu almışdır.

İnzibati bölgü

İnzibati cəhətdən 4 mezoregiona və 13 mikroregiona bölünür.

İqtisadiyyat

Ştat iqtisadiyyatının əsasını kənd təsərrüfatı, metallurgiya, neftayırma və dağ mədən sənayesi təşkil edir. Viktoriya şəhərində iri dəniz limanı fəaliyyət göstərir.

İxracının siyahısı: kofe, kakao, şəkər qamışı

Ştat ərazisindən neft çıxarılır.

İstinadlar