Fransis Veber

FRANSİS VEBER
Francis Veber
Doğum tarixi
Doğum yeri Nöyi-sür-Sen, Fransa Fransa
Vətəndaşlığı
Fəaliyyəti Rejissor, ssenarist
Mükafatları Xidmətlərə görə ordeni Knight of the National Order of Merit "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
"Sezar" mükafatı
IMDb ID0891554
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransis Veber (fr. Francis Veber) — Fransa kinorejissoru və ssenaristi.

Həyatı

Fransis Veber 28 iyul 1937-ci ildə Nöyi-sür-Sendə anadan olmuşdur.

O, bir çox gözəl komediyalar çəkmişdir. "Dublyor" filmində hətta epizodik rolda çəkilmişdir. İlk ekran işlərini Fransada çəkmişdir. XX əsrin 90-cı illərinin ortalarında həmişəlik Amerikada yaşamağa getmişdir.

Onun ilk filmi olan "Oyuncaq" Pyer Rişarın iştirakı ilə lentə alındı və böyük uğur qazandı. Rejissor sonralar bir neçə dəfə həmin aktyorla işləmişdir.

Filmoqrafiya

Rejissor fəaliyyəti

  1. Oyuncaq (film, 1976) / Le Jouet
  2. Uğursuzlar (film, 1981) / La Chèvre
  3. Yaquar (film, 1996) / Le Jaguar
  4. Zəhlətökən (film, 2008) / L'emmerdeur

Ssenarist fəaliyyəti

  1. Oyuncaq (film, 1976) / Le Jouet
  2. Uğursuzlar (film, 1981) / La Chèvre
  3. Yaquar (film, 1996) / Le Jaguar
  4. Zəhlətökən (film, 2008) / L'emmerdeur

İstinadlar

  1. "Энциклопедия Кино и ТВ - Франсис Вебер". 2016-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.