Mixail Xodorkovski

Mixail Xodorkovski
rus. Михаил Ходорковский
M.B.Xodorkovski 2001-ci ildə
M.B.Xodorkovski 2001-ci ildə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Təhsili
  • D. Mendeleyev Rusiya Kimya Texnologiyası Universiteti,
  • G.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti
Fəaliyyəti təşəbbüskar, xeyriyyəçi
Atası Boris Moiseyeviç
Anası Marina Filippovna
Həyat yoldaşı İnna Valentinovna
Uşağı 4
khodorkovsky.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Borisoviç Xodorkovski (26 iyun 1963, Moskva) — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb .

Həyatı

1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir.

Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər.

"Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir. Avropa insan haqları məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən etmiş. Eyni zamanda AİHM hesab etmişdir ki, Xodorkovskinin cinayət təqibinin siyasi motivlərinin təkzibedilməz sübutları təqdim olunmamışdılar.

24 iyul 2012-ci ildə Xodorkovskinin şikayəti əsasında Rusiya Federasiyası Ali Məhkəməsinin hakimi V.M. Lebedev tərəfindən nəzarəti icraatı başlandığı məlum oldu. 20 dekabr 2012-ci ildə Moskva şəhər məhkəməsinin rəyasət heyəti qanunvericiliyin liberallaşması ilə əlaəqdar həbs müddətini 13 ildən 11 ilədək azaltmışdır. 29 may 2013-cü ildə Rusiya Federasiyası Ali Məhkəməsi Xodorkovski və Lebedevə daha yüngül cəzanın təyin olunmasının mümkünlüyü ilə əlaqədar yenidən nəzarət icraatına başladı.

Qüvvədə olan hökmlərə əsasən Xodorkovski azadlığa 25 oktyabr 2014-cü ildə çıxmalı idi. Ancaq Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxdı.

İstinadlar

  1. 1 2 "Суд смягчил приговор М. Ходорковскому и П. Лебедеву :: Политика :: Top.rbc.ru". 2013-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-27.
  2. The 500 richest people in the world, according to Forbes magazine Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine  (ing.)
  3. World’s Richest People 2004. Mikhail Khodorkovsky[ölü keçid]
  4. World’s Richest People 2003. Mikhail Khodorkovsky[ölü keçid]
  5. "Каспаров. Ru | Михаил Ходорковский". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  6. "Аргументы и Факты". 2009-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-14.
  7. Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine Arxivləşdirilib 2021-06-16 at the Wayback Machine
  8. Russian businessmen declared prisoners of conscience after convictions are upheld Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine, Amnesty International, 24 May 2011
  9. "ОБОБЩЕНИЕ - Через 6 лет после осуждения Ходорковского ЕСПЧ не нашел в его аресте политики". 2013-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-13.
  10. CASE OF KHODORKOVSKIY v. RUSSIA (Application no. 5829/04) Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine, JUDGMENT, STRASBOURG, 31 May 2011
  11. ЕСПЧ не признал дело Ходорковского политически мотивированным Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine. — РИА Новости, 31 мая 2011 года
  12. "Дело ЮКОСА — ЕСПЧ не признал политически мотивированным уничтожение компании ЮКОС". 2011-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  13. "Глава Верховного суда вмешался в дело М. Ходорковского и П. Лебедева :: Общество :: Top.rbc.ru". 2013-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  14. "Arxivlənmiş surət". 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  15. "Указ о помиловании Михаила Ходорковского, 20 декабря 2013 года, 12:00". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-20.