Niderland İmperiyası | |||||
Niderland Ost-Hindi | |||||
---|---|---|---|---|---|
nid. Nederlandsch-Indië ind. Hindia-Belanda | |||||
|
|||||
Himn: |
|||||
|
|||||
|
|||||
Ən böyük şəhər | Surabaya | ||||
Dilləri | niderland dili | ||||
Rəsmi dilləri |
Niderland dili (Rəsmi), Malay dili, Yava dili, Çin dili, İndoneziya dilləri |
||||
İdarəetmə forması | Müstəmləkə hakimiyyəti | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Niderland Ost-Hindi (nid. Nederlands-Indië) — Holland koloniyaçıları tərəfindən Malay arxipelaqında və Yeni Qvineya adansının qərbində təşkil etdikləri Ost-Hind şirkətinin yaratdığı asılı ərazi.
23 iyun 1596 ildə Bantan şəhərinə ilk hollan gəmisi yan alır. Sinradan hollanlar holland taçirləri bölgəfə kontorlar açırlar. Sonradan 1602-ci ildə bu kontorlar birləşdirilərək Ost-Hind şirkətini qururlar. Bundan sonra artıq bu şirkətin əlində böyük kapital cəmləşmişdi.
Niderland Ost-Hindin mərkəzi Bahaya indiki Cakarta şəhəri olmuşdur. Sumatra adası Holandiyanın əlində 350 il müddətində olmasına baxmayaraq digər ərazilərin işğalı uzun çəkir. Bölgənin tam işğalı XX əsrə təsadüf edir.
İslam adət-ənənələrinə sadiq qslan yerli əhali holladlar üçün böyük çətinliklər yaradırdı. Bu çtinliklər öz növbədində hollandların koloniyalaşma xəttinə ağır zərbə vuraraq ordunu zəyiflədirdi. Ən uzun çəkən konfiliktlər Bafri müharibəsi, Yava müharibəsi və qanlı 13 illik müharibə hansı ki, 1873-1908 illər müddətində baş vermişdir. 1846 və 1849 illərdə hollandlar Bali adasına sahiblənmək məqsədi ilə uğursuz həmlələr etmişlər. Onlar Balini ancaq 1906-cı ildə ələ keçirə bilmişdilər. İndoneziyanın daxili hissələrinin ram edilməsi 1920-ci illərə təsadüf edir. Hollandlar üçün digər problem piratlar olmuşdur. 1904 — 1909 illərdə burada qeneral-qubernator olan Con.B. van Xetsa dönəmində müasir İndoneziyanın bütün əraziləri Ost-Hind koloniyasının əlinə keçir. Cənub-qərbi Sulavesi 1905—1906 illərdə, Bali adası 1906-ci ildə, Yeni Qvineya adasının qərbi isə 1920 ildə işğal olunur.
10 yanvar 1942 ildə Yaponiya niderlanlılarən sahib olduğu Ost-Hind ərazisində zəngin faydalı qazıntıların olması ilə əlaqədar Niderlanda müharibə elan edir. Niderland Ost-Hind əməliyyatı nəticəsində yaponlar artıq mart ayına bütün Niderlan Ost-Hind ərazilərini işğal edirlər. Bununla da Niderland Ost-Hind tamamən ləğv edilir. 17 avqust 1945 ildə İndoneziya müstəqilliyini elan edir. Hollandlar isə 1949-cı ildə İndoneziya İstiqlal müharibəsi sonucunda İndoneziyanın müstəqilliyi tanıyır.