Piano (it.Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər.
Piano iki formada mövcuddur:
Royal
Piano
Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Quruluşu
Piano aşağıdakı komponentlərdən ibarətdir:
Gövdə və dayaqlar (ağacdan): gövdə konstruksiyası, titrəyidici və səsboğucu
pianinonun 7 ağ dili var
Akustik qurğu
Tellər (metaldan)
Titrəyidici (ağacdan): tellərin titrəməsi ilə gücləndirilir
Səsboğucu (ağacdan),
Gövdə (metaldan): onun üzərində tellər və onların gərilməsini qəbul edilir (16–25t arasında yük)