Portal:Kanada


Kanada portalına
xoş gəlmisiniz!


Ayın mövzusu


Ayın mövzusu
Monreal şəhəri.


Haqqında

Kanada (ing. və fr. Canada) – Şimali Amerika qitəsində dövlət. Atlantik, Sakit və Şimal Buzlu okeanların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəddir. Ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir. Paytaxtı Ottava şəhəridir.

(Davamı...)

Seçilmiş məqalə

Kvebek — Kvebek - Kanada'da əyalət. Mərkəzi Kvebek şəhəridir. Kvebek, Kanadanın ən böyük əyaləti olmasının yanında, Kanadada yalnız Fransız dili rəsmi dil olduğu tək əyalətdir.Monreal şəhəri bu əyalətdə yerləşir.

(Davamı...)

Seçilmiş şəhər

Monreal şəhəri — Monreal (fr. Montréal) — Böyüklüyünə görə Kvebek əyalətinin ən böyük, Kanadanın isə ikinci böyük şəhəridir. İlk əvvəl Villi-Mari-Marii şəhəri adlanıb. Monreal adı şəhərin mərkəzində yerləşən Mon-Raul dağının (Kraliyyət dağı) adından götürülmüşdür.Orta əsr fransız dilində bu Mont Real kimi səslənirdi.2009-cu ilin məlumatlarına görə,Böyük Monrealın əhalisi 3814000 nəfərdir.

(Davamı...)

Tarixə nəzər

Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. 18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir

Əvvəlki məqalələr: … …

Seçilmiş bioqrafiya

Monreal şəhərində I Viktoriyanın heykəli

I Viktoriya — 1837-1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876-1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın ən çox hökmranlıq edən hökmdarıdır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixi abidə

Bonsesours Bazarı ( French : Marché Bonsecours ) Monreal şeherinde yerləşən bazardır, iki mərtəbəli qübbəli ictimai bazardır. 100-dən çox ildir ki bu bazar Monreal şəhərində əsas ictimai bazardır. O, həmçinin 1849-cu ildə Birləşmiş Kanadanı parlament binası olmuşdur.


Əvvəlki məqalələr: … …

Din

Saint Joseph's Ziyarətkahı Monreal

Kanadalıların böyük hissəsi Xristianlığın bir qolu olan Katolik dininə inanırlar. Əhalinin 67.3% Xristiandır, % 23.9 isə Ateistdir.. Kanadada ateistlərin sayının artması ölkəni narahat edir. İslam Kanadada ən böyük ikinci dinidir. Əhalinin % 3,2 müsəlmandır.

Xristian (% 67.2)
Ateizm (% 23.9)
İslam (% 3.2)
Hinduizm (% 1.5)
Sihizm (% 1.4)
Budizm (% 1.1)
Yahudilik (% 1.0)
Başqa dinlər (% 0.6)
Əvvəlki məqalələr: … …

İdman

1976 Yay Olimpiyatları ya da rəsmi adı ilə XXI. Olimpiyat Oyunları, 1976 ilində Kanadanın Kvebek eyaletinin Monreal şəhərinde çekurilmiş beynalxalq idman oyularıdır. Oyunlar Monreal Olimpiya stadionunda çekirilib.

Əvvəlki məqalələr: … …

Təhsil

MakGill Universiteti (ing. McGill University) — Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsidir. Universitet Kanadanın Kvebek əyalətinin Monreal şəhərində yerləşir. (Davamı...)

}}

Kanada atalar sözü

" Aprel yağışı May çiçəyi gətirər.. "
Kanada atalar sözü

Bilirsinizmi ki...

  • Kanada — "kənd" mənasını verən "Kanata" sözündəndir.
  • Kanada əhalisinin 37%-i Vankuverdə Olimpiya oyunlarının keçirilməsinə qarşı olub .
  • Əhali sıxlığı ən az olan ölkədir – 1 kv.km-ə 3.5 nəfər.
  • Kanadada dünyanın başqa ölkələrindən daha çox daxili göl və çaylar vardır.
  • Ölkə əhalisinin 14%-i mütəmadi olaraq marixuana çəkir.
  • Kanada dünyada ən böyük sahil xətti olan ölkədir ki, sahil xəttinin uzunluğu 200 min km-dən də artıqdır.
  • Tyrans-Kanada dünyanın ən uzun beynəlxalq şosesidir – 7604 km.
  • Alyaskada olan şose dünyada ən süretle tikilmiş yoldur ki, bunun 2451 km-i 1 ildən də az bir müddətdə salınıb.
  • Kanada sahəsinin 2.2%-də 43 park vardır. İlk Milli park (Banff) 1885-ci ildə salınıb.
  • Hər il kanadalıların 3%-dən çoxu qan bəxşişi edir.
  • Kanadanın ən yüksək dağ zirvəsi Maunt Logan zirvəsidir( 5.959 m)
  • Kanadada ən böyük ada əhalisi cəmi 11 min nəfər, ərazisi isə 507 451 kv.km olan Baffin adasıdır.
  • 18-30 yaş arası əhalinin 25%-i internetdən bilik ve məlumat toplamaq məqsədilə istifadə edir.
  • Kanadada ən yüksək şəlalə Della Falls şəlaləsidir. Hündürlüyü 440 metrdir, Niagaradan daha hündürdür.
  • Kanadalıların 7%-dən çoxu Allaha inanmır.
  • Kanada əhalisi 34 milyon nəfərden çoxdur ve əhalinin 16%-i, yəni 5.5 milyon nəfəri immiqrantlar (köçkünlər) təşkil edir.
  • Məhz Kanadada icad edilən Xokkey Kanadanın milli oyunudur və əsas qaydaları XX əsrdən etibarən qəbul edilib.
  • Kanadanın ən böyük şəhəri – Toronto. Onun əhalisi 5 milyondan artıqdır.
  • Kanada dünyada pendirin ən iri istehsalçısı ve istehlakçılarındandır.
  • Kanadanın paytaxtı – Ottava əvvəllər Bayton adlandırılıb.

Regionlar

Seçilmiş şəkil

Monreal şəhər bələdiyə binası

Seçilmiş panaroma

Monreal şəhəri

Kateqoriyalar

Əlaqəli portallar


Meksika ABŞ Coğrafiya