| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | qadolinium, Gd, 64 | |||||
Qrup, Dövr, Blok | , 6, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 157.25 q/mol | |||||
Elektron formulu | 4f7 5d1 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 1312 °C (1585 K, 2394 °F) | |||||
Qaynama temperaturu | 3273 °C (3546 K, 5923 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Qadolinium (Gd) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 64-cü element, kimyəvi elementi lantanoidlərdən biridir. Elementlərin dövri sistemin III qrupundadır, 7sabit və bir neçə süni radioaktiv izotopu məlumdur.
1880 ildə İsveç kimyaçısı J.Ş. Marinyak kəşf etmişdir. Fin kimyaçısı Yuxan Qadolininin şərəfinə qadolinium adlandırılmışdır. Təbiətdə başqa lantonoidlərlə birlikdə qadolinitdə (Be2FeY2Si2O10) , monositdə və bastnezitdə tapılır.
Qadolinium açıq boz rəngli metaldır, ferromaqnit xassəlidir.
Natrium, litium və qadalinium xloridin əridilmiş qarışığının elektrolizindən alınır.
Qadolinium havada zəif oksidləşir, temperatur 100 0C- dən yüksək olduqda proses sürətlənir:
t = 3000C Yüksək temperaturda halogenlərlə, azotla və hidrogenlə reaksiyaya daxil olur:
t= 3000C İsti su ilə reaksiyaya girərək əsas alınır:
Flüor turşusundan başqa, gadolinium mineral turşular ilə reaksiyaya daxil olur:
Qadolinium qələvi məhlulları ilə reaksiyaya qirmir.
Qadoliniumun bəzi duzlarının, məs., Gd2(SO4)3 . 8H2O paramaqnit xassəsindən mütləq sıfra yaxın temperaturların alınmasında istifadə olunur. Qadolinium neytron radiyasiyasından muhafizəedici materiallar hazırlanması və reaktorların idarə olunmasında işlədilir.