Rami Malek ilk aktyorluq fəaliyyətinə Nyu-York şəhərindəki kinoteatrlarda başlamışdır. Bu müddət ərzində o, "Evdəki müharibə", "Sakit okean cəbhəsi", "Muzeydə gecə" kimi film və seriallarda çıxış etmișdir. 2021-ci ildə, "Kiçik șeylər" adlı kriminal-bədii filmində baş rolu canlandırmış, Ceyms Bondun"Ölmək üçün vaxt yoxdur" filminin əsas antaqonisti olmuşdur. Malek, həmçinin bir sıra televiziya və videooyunlarındakı personajları səsləndirmișdir.
Mən əslimi heç vaxt rədd etməmişəm. Mən misirliyəm. Misir musiqisinə qulaq asaraq böyümüşəm. Mən Ümm Külsümün pərəstişkarı olmuşam. Ömər Şərifin pərəstişkarı olmuşam. Onlar mənim insanlarım idi. Mədəniyyətimə çox bağlıyam və məncə insan o vaxt mövcud olur ki, mədəniyyətinə bağlı olsun. Etiraf edirəm ki, Misir mədəniyyətinə aşiqəm və onunla iç-içəyəm. Bu mənim kimliyimdir.
Malek, 2018-ci il sentyabr
Rami Saed Malek 12 may 1981-ci ildə Kaliforniyanın Torrens şəhərində anadan olmuşdur. Valideynləri Nelli Abdel Malek və Saed Malek misirli immiqrant idilər. O özünü "səkkizinci yunan" adlandırırdı. Malekin valideynləri və böyük bacısı 1978-ci ildə Qahirədən Șerman Oksa köçdülər. Malekin atası həm də səyahət agenti və tur rəhbəri idi. Malek uşaq vaxtlarında nadirən Hollivuda gedirdi. O deyirdi; "Mən San Fernando vadisində böyümüşəm. Heç vaxt düşünməzdim ki, Hollivud bizim yaşadığımız yerə çox yaxındır. Həqiqətən, elə bilirdim ki, aramızda minlərlə kilometr məsafə var, sən demə burdan-bura maşınla 10 dəqiqəlik yol imiş". Malek, kopt pravoslav xristian inancı ilə böyüdülmüş və dörd yaşına qədər Misir ərəbcəsində danışmışdır. Onun atası səyahət agentliyi və sığorta satmaqla məşğul ikən, anası mühasibatçılıq edirdi. Malekin əkiz qardaşı Semi ingilis dili müəllimi idi. Böyük bacısı Yasmin təcili tibbi yardım həkimi işləyirdi.
İmmiqrant bir ailədə böyüdüyü üçün, Malek uşaq vaxtlarında bəzi çətinliklərlə qarşılaşırdı. Bunun səbəbi isə, onun yerli amerikalılardan fərqlənməsi idi. "Mən ali məktəbdə oxuyanadək heç kimə adımın Rami olduğunu deməmişdim, çünki özümdə o güvəni tapa bilmirdim. Bu həqiqətən çox məyusedici bir hal idi." — deyə, o qeyd etmişdir. O uşaq ikən formalaşmağın çətin olduğunu da vurğulamış və bu çətinlikdə özünü sevdiyi sahə kimi "personajlar yaratmaq və onları səsləndirməy"ə yönəltmişdi.
Malek Notri Daym Liseyində, aktrisa Reçl Bilson ilə eyni sinifdə təhsil almışdır. O aktrisa Kierstn Danstdan bir yaş böyük idi. Valideynləri Malekin hüquqşünas olmağını çox istəyirdilər, lakin onun müəllimi ondakı istedadın fərqinə vardığından onu məhz aktyorluğa yönəltmiş və Zooman and the Sign tamaşasında rol oynamağa təşviq etmişdir. O rol oynadığı anın hiss etdirdikləri haqqında belə demişdir: "Tamaşaçılar arasında mənim atam da var idi və onlar məni izləyirdilər. İlahi, həqiqətən xüsusi bir hadisə baş vermişdi". Onun atası onu ilk dəfə bu qədər təsirli görmüş və ailəsinin müsbət reaksiyası onun gələcək aktyorluq karyerasındakı uğurlarına da müsbət təsir göstərmişdir.
1999-cu ildə liseyi bitirdikdən sonra, o Evensvil Universitetində teatr sənəti üzrə təhsilinə davam etmişdir. Semestrdən kənar bir ilini İngiltərədə keçirmiş və o burada Harlakston Kollecində oxumuşdur. O təhsilinin son ilindən əvvəlki yay tətili ərzində, Voteforddakı "Yucin O`Nil" teatr mərkəzində təcrübə toplamış və bu müddət ərzində, o dramaturq Avqust Uilson ilə tanış olmuşdur. O Evensvil universitetinin proqramında iştirak etmək qərarına gəlmiş və o 2003-cü ildə həmin universitetdən İncəsənət sahəsi üzrə bakalavr dərəcəsi qazanaraq təhsilini başa vurmuşdur. 2017-ci ildə kollec onu "Gənc Məzun Mükafatı"na layiq görmüşdür
Karyerası
2004–2009: Erkən işi
Malek kollecdən məzun olduqdan sonra o, ali teatr məktəbinə daxil olmaq istəyirdi; kollec borcları yığılarkən, o Nyu-Yorka köçür və teatr tamaşasında iştirak edəcək dostları ilə paylaşdığı bir-otaqlı Louer Est Sayd mənzilində qalır. Dostları, "Slant Theatre Project"də birgə iştirak edəcəyi, tamaşada rol alacaq rejissor və yazıçılar idi. O, Los Ancelesə ailəsini görməyə gələrkən, kastinq rejissoru Mali Finn ilə görüşür. Finn onu burada qalmağa, Hollivudda iş tapacağına təşviq etmişdir. O dolanışıqlarını təmin etmək üçün Hollivud restoranlarının birində pizza çatdırılması və falafel və şaurma sandviçlərinin hazırlanması işinə düzəlir. O prodokşn studiyalarına çoxlu istəklər göndərir, ancaq uzun çətinliklə də olsa aktyor işi üçün təklif ala bilir.
Nəhayət, bir ildən sonra Malekə kastinq rejissoru Mara Kesidən zəng gəlir. Xoș bir söhbətdən sonra Malek, görüș təklif edir. Kesi bunu qəbul edir və Malek ilk rolunu "Gilmore Girls" tele-sitkomunda oynayır. İlk epizod 2004-cü ilin yanvar ayında baș tutur. Elə həmin il, o Burbank șəhərindəki Falkon teatrının Johnny Boy və Shoes tamașalarında səhnə alır. Həmçinin, o "Halo 2" videooyunundakı xüsusi personajları səsləndirir. 2005-ci ildə, o Stiven Baçkonun"Over There" serialının iki seriyasındakı ișinə görə Ekran Aktyorları Gildiyasına üzvlük qazanır. Bir il sonra, "Medium" teleserialının bir seriyasında çıxıș edir və "Evdəki müharibə" serialındakı Kenni rolunu canlandırır. Kenninin "kaminq-aut" hekayəsi GLAAD tərəfindən çoxlu təriflərə layiq görülür. 2006-cı ildə, Malek "Muzeydə gecə"filmində ilk baș rolu kimi Firon Ahkmenrahı canlandırır. O, sonra "Muzeydə gecə: Smitsonian döyüșü" və "Muzeydə gecə: Qəbirlərin sirri" sikvellərində həmin rolu təkrar canlandırır. Malek 2007-ci ilin yaz ayında, Los AncelesdəkiElefent teatrında Keys Buninin "The Credeaux Canvas" əsərinin "Vitality Productions" teatr tamașasında Ceymi obrazını canlandırır.
2010–2015: Dəstəklənən rollar
Malek 2010-cu ildə televiziyaya yenidən qayıdır. O, Fox televiziyasının"24" serialının səkkizinci mövsümündəki Markos Al-Zakar obrazını yenidən canlandırır. Bir il sonra, "Sakit okean cəbhəsi" serialında canlandırdığı Merrill "Snafu" Șelton obrazına görə müsbət tənqidlər alır."Sakit okean cəbhəsi" filminin intensivliyindən sonra Malek, Hollivudu tərk etmək və Argentinaya köçmək qərarına gəlir. O daha yaxşı yolları olduğunu düşünür. Bir müddət sonra, Malek icraçı prodüser Tom Henksdən məktub alır. Henks məktubda, Malekin işə qayıtmasını və yenidən səhnədə rol almasını istəyir. Malek bu istəki qəbul edir və 2011-ci ilin iyul ayında yayımlanan "Lerri Kraun" bədii filmində kollec tələbəsi Stiv Dibiyasini canlandırır.
2010-cu ilin avqust ayında, Malekin "Alatoran. Saqa: Sübh (II hissə)" filmində "Misir məclisi" vampiri Bencamin rolunu canlandıracağı bildirilmişdi. 2013-cü ildə Bray Lersonun əvəzinə "Short Term 12" filmindəki Neyt adlı işsiz obrazı canlandırdı. O, bu müddət ərzində Spayk Linin iki filmində, Cənubi Koreyanın"Qoca oğlan" filminin 2012-ci ildəki remeykində və daha sonra kütlə tərəfindən maliyyələşdirilən "İsanın șirin qanı" filmində rol aldı. Həmçinin, o "Döyüș gəmisi", "Usta" və "Ölümsüz sevgi" filmlərində mənfi rollara çəkildi. Malek PlayStation 4 istehsalı "Until Dawn" videooyununda əsas personajlardan biri olan Coşu səsləndirdi.
2015—indiyədək: Nailiyyət
Ssenari müəllifi Sem İsmail, hazırladığı serialdakı Elliot Alderson (kompüter xakeri) obrazını canlandırması üçün 100-dən çox aktyoru seçimlərə götürür. Seçimlər zamanı istədiyi aktyoru tapa bilməyən ssenarist, bu obrazı yenidən yazmağı düșünür, ancaq 2014-cü ildə, Malekin performansını görən İsmail, Malekin bu rola uyğun olduğu qərarına gəlir. Nəhayət, 24 iyun 2015-ci il tarixində, baș rolu Rami Malekin canlandırdığı "Cənab Robot" teleserialının USA Networkdə ilk premyerası baș tutur. Malek serialdakı əqli qüsurlu Elliot obrazını canlandırmaq üçün psixoloqla görüșür. Bu rol tənqidçilərdən dərhal bəyənmə qazanır, hətta "USA Today" bu rolu özünün "çırpıcı performansı" adlandırır."Entertainment Weekly" şounu izləmək üçün Malekin "maqnit performansını" "ən yaxşı səbəb" adlandırıb. Malek, fəaliyyəti müddətində "Dorian", "Qızıl Qlobus", "Ekran Aktyorları Gildiyası" və "Peyk" mükafatlarını qazanmışdır. O, "Emmi" mükafatını qazanmıș ilk ağ dərili olmayan aktyordur. Malek, 2019-cu ilin dekabr ayında yayımlanan șousunda canlandırdığı rola görə "dram serialındakı ən yaxşı aktyor üçün "Qızıl Qlobus" mükafatı"na layiq görülmüşdür. O, 3000 aktyor arasından "Solo: A Star Wars Story" filmindəki Han Solo obrazını canlandırmaq üçün seçilmişdir. Malek ilk baș rolunu "Basterin xəstə qəlbi" filmində canlandırmıșdır. Filmin premyerası 2016-cı ilin sentyabr ayında Toronto Beynəlxalq Film Festivalında baș tutur. Maraqlısı budur ki, Malek filmdə iki obrazı canlandırır: Conah və Baster."Cənab Robot" serialındakı uğurları haqqında rejissor Sara Adina Smit belə deyirdi: "Mən onun bu qədər böyük və möhtəşəm olduğunu bilmirdim"."The Hollywood Reporter" mətbuatından Con DeFore belə yazmıșdır: ""Cənab Robot" serialının pərəstişkarları "Emmi" mükafatlı ulduz Rami Malek üçün nəzərdə tutulmuş bu avtomobildən, ən azından məyus olmayacaqlar. Bu avtomobil həm Cənab Robotun aldanmağa meyilli paranoyası ilə uyğunlaşır, həm də xarizmatik aktyora ilk filmində özünü göstərməyə imkan verir". Malek, daha sonra 1973-cü il istehsalı filmin remeyki olan
"Kəpənək" filmində Lüis Deqa obrazını canlandırır. Malek, 2017-ci ildə Netflix istehsalı "BoJack Horseman" cizgi serialındakı Flip MakViker personajını səsləndirir.
2018-ci ildə, Malek "Queen" qrupundan bəhs edən "Bohemiya Rapsodiyası" filmində qrupun solisti Freddi Merkyurini canlandırır. Filmin premyerası, 23 oktyabr 2018-ci ildə Londonda baș tutur. 50 milyon dollarlıq büdcə ilə, film dünya əhatəsində 900 milyon dollardan çox gəlir əldə edir. O bütün vaxtların ən yaxşı musiqili bioqrafik filmi olur. Film haqqında çoxlu fikirlərin olmasına baxmayaraq, Malekin ifası tənqidçilər tərəfindən çox bəyənilir. Malek canlandırdığı baș rola görə "Qızıl Qlobus", "Ekran Aktyorları Gildiyası" və "BAFTA" mükafatlarına layiq görülür. Malek, Merkyuri rolu üçün Londona gedir və orda piano, vokal və rəqs təlimləri alır. Hər gün dört saat müddətində, o videolara baxaraq Merkyurinin hərəkətlərini, rəqslərini və davranıș tərzlərini öyrənir. Hətta, Malek qrupun 1985-ci ildəki "Live Aid" konsertinin Yutubdakı videosuna 1500 dəfə baxmalı olur. Aktyor, Merkyurinin imicinə bürünmək üçün "saxta dișlər"dən istifadə edir. Malek, rolunu o qədər əla canlandırır ki, qrupun gitaraçısı Brayan Mey, onun bəzən "Rami" olduğunu unutduğunu dilə gətirir. Malek, bu rolun karyerası müddətində canlandırdığı ən yaxşı rol olduğunu hesab edir. O bu rol haqqında belə deyir:
Bu, mənim fikrimcə, geridə qalmayan bir roldur. Düşünürəm ki, biz hər zaman növbəti möhtəşəm rolu axtarırıq və deyəsən, şanslıyam ki, artıq onunla qarşılaşmışam. Düşünmək istərdim ki, mənim edə biləcəyim daha çox şey var və var, lakin mən şübhə edirəm ki, bu rolun və bu insanın həyatımda nə qədər dəyərli olduğuna inanıram.
2019-cu ildə Malek "Blackout" adlı podkast yayımlayır və "Uebbi" mükafatına layiq görülür. Malek, həmçinin "Dolittle" filmindəki Çi-Çi obrazını səsləndirir. Malek, sonra "Kiçik șeylər" filmində Denzel Vaşinqton və Cerid Letonun yerinə rol alır. 25 aprel tarixində Malek, "Ölmək üçün vaxt yoxdur" filmində super-cinayətkar Lütsifer Safin rolunu canlandırır. Filmin buraxılış tarixi COVID-19 pandemiyası səbəbilə oktyabr ayına qədər uzadılır. Filmin buraxılışına dəstək olmaq üçün Malek, 2021-ci ilin oktyabrında "Saturday Night Live" verilişinə ev sahibliyi edir. Həmçinin, o bütün əsas ulduzların iștirak etdiyi, David O. Rüsselin "Amsterdam" filmində rol alır. Film 2022-ci ilin oktyabr ayında yayıma başlayır.
Șəxsi həyatı
Rami Malek introvert xarakterə sahibdir. O, sosial şəbəkə istifadə etməkdən belə çəkinir. Malek müsahibələrdə təmkinli olmağa meyllidir, hətta bir dəfə verdiyi müsahibələrin birində xaricdə "anonim" qalmaq istədiyini qeyd etmişdi. Malekin dediyinə görə o, ''Cənab Robot" serialında canlandırdığı Elliot obrazından fərqlənir. O, belə demişdir: "Mən çılğın biriyəm. İnsanlarla danışmağı sevirəm. Nyu-Yorkda yaşamağın yaxşı tərəfi budur ki, siz qərib insanlar görürsünüz və onlarla ünsiyyətdə olursunuz və Mən həmin insanlarla görüşməyi, söhbət etməyi və onların hekayələrini dinləməyi sevirəm."
Malek 2009-cu ildə, Lorel Kanyon şəhərində balaca bir evə köçür. O 2018-ci ildən bəri, "Bohemiya Rapsodiyası" filmində birgə rol aldığı, kastinq yoldaşı Lüsi Boynton ilə sevgi münasibətinə malikdir.
Malek, fəaliyyəti ərzində bir çox mükafat və nominasiyalar almıșdır. O, "Cənab Robot" serialındakı fəaliyyətinə görə üç "Qızıl Qlobus", bir "Emmi", iki Peyk mükafatı və" Ekran Aktyorları Gildiyası" mükafatlarına layiq görülmüşdür. O həmçinin, ən yaxşı aktyor üçün "Akademiya" mükafatını, kinofilmdə ən yaxşı aktyor üçün "Qızıl Qlobus" mükafatını, baş rolda kişi aktyorun ən yaxşı performansına görə "Ekran Aktyorları Gildiyası" mükafatını və "Bohemiya Rapsodiyası" filmində canlandırdığı Freddi Merkyuri roluna görə baş rolda ən yaxşı aktyor üçün "BAFTA" mükafatını qazanmışdır.
↑"Malek has been named to Time Magazine's prestigious TIME 100, a list of the world's most prestigious people for 2019". courierpress.com. TIME. April 17, 2019. (#cite_web_url); (#accessdate_missing_url)
↑ 12Sitat səhvi: Yanlış <ref> teqi; BAIDAWI adlı istinad üçün mətn göstərilməyib
↑ 123Scott Feinberg. "Awards Chatter Podcast – Rami Malek". The Hollywood Reporter (Podyayım). iTunes. June 20, 2017. Event occurs at 03:05–12:17. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
↑Feinberg, Scott. "'Awards Chatter' Podcast — Rami Malek ('Mr. Robot')". The Hollywood Reporter. June 20, 2017. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2018. For a long time I thought maybe that would be it," says Rami Malek, the American actor of Egyptian descent, of the stereotypical roles to which he was limited early in his career
↑ 12345Stacey Wilson Hunt (interviewer); Rami Malek (interviewee). Conversations with Rami Malek (video). SAG-AFTRA Foundation. December 12, 2018. Event occurs at 06:45–13:00. December 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2018 – YouTube vasitəsilə.
↑ 12Scott Feinberg (interviewer); Rami Malek (interviewee). Awards Chatter Podcast – Rami Malek (audio). The Hollywood Reporter. June 20, 2017. Event occurs at 12:17–13:35. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019 – The Hollywood Reporter vasitəsilə.
↑Lisa Steinberg. "Rami Malek–The War at Home". Starry Constellation Magazine (Podyayım). July 16, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2011.
↑ 12"Past Shows". Vitality Productions. October 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
↑Andreeva, Nellie; Vlessing, Eton. "Threesome on '24' time". The Hollywood Reporter. 411 (20). September 8, 2009: 4. December 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2018.
↑Powell, Emma. "Rami Malek and Lucy Boynton win 'Best Kiss' at Oscars 2019 with this very passionate embrace". Evening Standard. February 25, 2019. February 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2021. Malek and Boynton met on the set of Bohemian Rhapsody, with rumours around their friendship blossoming into romance surfacing in April 2018. The pair only recently went public and have shared several loved up moments this awards season.
↑ 12Moltke, Laura; Poitras, Henrik. "Project X". Field of Vision. November 29, 2016. November 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2019.