Spayk Cons

Spayk Cons
ing. Spike Jonze
Doğum adı Adam Spiegel
Doğum tarixi
Doğum yeri Merilend, ABŞ
Vətəndaşlığı ABŞ
Həyat yoldaşı Sofiya Koppola (1999-2003)
Fəaliyyəti rejissor, ssenarist, aktyor
Fəaliyyət illəri 1985-ci ildən
Təhsili
  • San Fransisko İncəsənət İnstitutu
Mükafatları "Oskar" (2014)
"Qızıl Qlobus" (2014)
IMDb ID0005069
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Spayk Cons (ing. Spike Jonze), doğularkən Adam Şpiqel (ing. Adam Spiegel); (d. 22 oktyabr, 1969, Rokvill, Merilend) — amerikalı rejissor, ssenari müəllifi və aktyor.

Həyatı

Cons rejissorluq karyerasına hər ikisi də Çarli Kaufman tərəfindən yazılmış "Con Malkoviç olmaq" (Being Con Malkovich, 1999) və "Adaptasiya" (Adaptation, 2002) filmləri ilə başlayıb. Daha sonra rejissoru və ssenari müəllifi özü olduğu "Bədheybət yaşayan yer" (Where the Wild Things Are, 2009) və "O" (Her, 2013) filmlərini çəkib.

Spayk Cons dörd dəfə Oskar mükafatına namizəd olub. O, "Con Malkoviç olmaq" filminə görə Ən yaxşı rejissor işi kateqoriyasında, "O" filminə görə isə Ən yaxşı film, Ən yaxşı orijinal ssenariƏn yaxşı musiqi kateqoriyalarında mükafata namizəd göstərilib. "O" filminə yazdığı ssenariyə görə 71-ci Qızıl Qlobus Mükafatında Ən yaxşı ssenari, 86-cı Oskar mükafatında isə Ən yaxşı orijinal ssenari nominasiyalarının qalibi olmuşdur.

Cons; Fatboy Slim, Weezer, Beastie BoysByork üçün çəkdiyi video kliplər ilə də tanınır. Cons MTV kanalında yayımlanan "Qəribə Adamlar" şousunun yaradıcılarından biridir.

Şəxsi həyatı

Cons 1992-ci ildə tanış olduğu rejissor Sofiya Koppola ilə 26 iyun 1999-cu ildə evlənib. Cütlük 9 dekabr 2003-cü ildə ayrılıb. Koppolanın rejissoru olduğu "Tərcümənin çətinlikləri" filmindəki Con xarakterinin Consa əsaslanaraq yazıldığı deyilsə də Koppola bu iddiaları rədd etmişdir.

Spayk Cons, Hit Ledcerin ölümündən sonra, 2008-ci ilin iyulundan aktrisa Mişel Vilyams ilə görüşməyə başlamışdır. Onlar Vilyamsın aktyor, Consun prodüseri olduğu "Nyu-york, Nyu-york" filminin çəkiliş meydançasında tanış olublar. Cütlük arasında olan münasibət 2009-cu ilin sentyabrında bitib.

Filmoqrafiya

İstinadlar

  1. Business Wire. "Vice Music Chooses The Orchard". Reuters. Thomson Reuters. 2015-03-11 tarixində orijinalından arxivləşdirilib.
  2. ""Jonze and Coppola Announce Divorce Plans"". 2015-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
  3. "Sofia Coppola, Spike Jonze to divorce". USA Today. 2010-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
  4. "Sofia's Choice " Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine, Entertainment Weekly.
  5. "Michelle Williams Confirms Split From Spike Jonze". Us Weekly. 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Mart 2014.

Xarici istinadlar