Yunus Əmrə (güm.1241, Kiçik Asiya – güm.1321, Kiçik Asiya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.
Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarındanOsmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.
Digər mütəfəkkirlərlə tanış olması
Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.
Vəfatı
Yunus Əmrə, "Risalətun-Nushiyyə" adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:"Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi."
Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M.1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılmış 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:
"Vəfatı Yunus Əmrə
Müddəti-Ömür 82
İl 720"
Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur.
Yunus Əmrənin məzarı olduğu iddia edilən bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu, Tuzcu və ya Düzcü) kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar ilçəsi və Azərbaycanda Qax rayonununOncallı kəndindəki Oğuz qəbiristanlığı.
Səyyah Övliya ÇələbininSəyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq "Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır." deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir.1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı. Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.
Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.
Yaradıcılığı
İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir.Heca və əruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur. Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir.
Əsərləri
Əsərlərinin bir neçə nüsxəsi mövcuddur: Fateh, Nuru-Osmaniyə, Yəhya Əfəndi, Qərəman, Balıqəsir, Niyazi Mısri və Bursa nüsxələri.
Divan
Yunus Əmrənin şeirləri bir Divanda toplanmışdır. Şeirlər əruz və heca vəznlərində yazılmışdır.
Adının mənası "Nəsihətlər kitabı"dır. Didaktik əsərdir. Əmrə əsərin sonunda belə bir cümlə yazmışdır:
"Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi.
"
Bu cümləyə əsasən müəllifin əsəri H. 707-ci ildə (M.1307/8) yazmış olduğu iddia olunur. Əsər, məsnəvi tərzində yazılmış və 573 beytdən ibarətdir. Dini, təsəvvüfi və əxlaqi məzmunludur.
Əmrə sözünün mənası
Anadoluda müxtəlif ozanların, aşıq və dərvişin adında olan Əmrə sözü türkcədə "Aşiq" mənasını verir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəməq/İmrəməq felləri "aşiq olmaq" deməkdir. Əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda "imrəmək" və "imrənmək" feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.
↑ 1234İbrahim Agah Çubukçu. "Yunus Emre ve Din Felsefesi"(PDF)( (türk.)). dergiler.ankara.edu.tr, Ankara Üniversitesi Dergisi. 1996. 2015-05-10 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: 2015-05-10.
Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci
Sufizm tədqiqatçıları
İvan Aqueli • Kurt Almqvist • Titus Burkhardt • Uilyam Çittik • Korbin • Karl Ernst • Robert Freycer • Genon • Leks Hikson • Teyc Lindbum • Linqs • Hüseyn Nasr • Annmari Şimmel • Maykl Sells • İdris Shah • Fritof Şuon • Reynold A. Nikolson • Zakir Məmmədov