Devis Vaskez

Devis Vaskez
Ümumi məlumatlar
Doğum tarixi 12 may 1998(1998-05-12) (25 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 195 sm
Mövqeyi qapıçı

Devis Vaskez (isp. Devis Vásquez) (12 may 1998, Barrankilya) — Kolumbiyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun qapıçısı.

Karyerası

2020-ci ildə "Quarani"yə qoşulan Vaskez 2021-ci ilin fevralında "Club Olimpia" klubuna qarşı oyunda meydana çıxaraq "Quarani" klubunun heyətində peşəkar debütunu edir. 2022-ci ildə "Quarani"nin əsas qapışısı Qaspar Servionun "Rosario Central" klubuna icarəyə verilməsindən sonra "Quarani" klubunun bir nömrəli qapıçısı olur. Vaskes 2022-ci ildə "Quarani" klubunun həm ölkə liqasında, həm də Libertadores Kubokunda keçirdiyi oyunlarda komandanın qapısını qoruyur. Onun gözəl oyun göstərməsi, 2023-cü ilin yanvarında Kolumbiya milli futbol komandasına dəvət alacağı barədə xəbərlərin yaranmasına səbəb olur. Paraqvay Kubokunun yarımfinal mərhələsində "Club Libertad" ilə oyunda geri qaytardığı penal zərbələri Vaskezi daha da tanınmasına səbəb olur. "Quarani"də çıxış etdiyi iki ildə toplam 31 oyun keçirir.

3 yanvar 2023-cü ildə Vasqez A Seriyası klubu "Milan" ilə üç il yarımlıq müqavilə imzalayır.

Klub Ölkə İllər
Patriotas Boyaca Kolumbiya Kolumbiya 2016–2018
La Equidad 2018
Quarani Paraqvay Paraqvay 2020–2022
Milan İtaliya İtaliya 2023 -

İstinadlar

  1. "#77 Devis Vásquez". 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
  2. "Devis Vázquez will debut in Guaraní against Olimpia". Lanacion.com. 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-04.
  3. "Devis Vásquez, considered by the Colombian team". Lanacion.com. 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-04.
  4. "Devis Vásquez: "It's time to celebrate and think about the next game"". ABC.com. 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-04.
  5. ""Milan"dan yeni transfer - Rəsmi". qol.az. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-04.