Malik Tiav | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 2000 (24 yaş) və ya 8 avqust 2001 (22 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 1,94 m |
Mövqeyi | yarımmüdafiəçi, müdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Malik Tiav (14 yanvar 2000 və ya 8 avqust 2001, Düsseldorf) — Alman-Finlandiyalı peşəkar futbolçu,. Hal hazırda İtaliyanın "Milan" klubunda mərkəz müdafiəçisi kimi çıxış edir.
Uşaqlıqda Tiav, Almaniyanın Düsseldorf şəhərinin "TV Kalkum-Wittlaer" klubunda oynayıb. Daha sonra "Fortuna Düsseldorf", "Bayer 04 Leverkusen" və "Borussia Münhenqladbax" klublarının uşaq komandalarında oynayıb.
2015-ci ildə "Şalke 04" klubunun gənclər akademiyasına qoşulur.
O, 7 mart 2020-ci ildə Bundesliqada "Hoffenhaym" klubuyla 1–1 hesablı heç-heçə ilə bitmiş oyunda "Şalke"nin heyətində peşəkar debüt etdi.
29 avqust 2022-ci ildə Tiav, A Seriyası klubu "Milan" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə bağladı.